Zabitimiz Fərid Mehbalıyev şəhid olub: Deputatın yaxın qohumu

Ermənistan ordusunun təxribatı nəticəsində Milli Məclisin deputatı, Həmkarlar ittifaqının sədri Səttar Möhbalıyevin yaxın qouhumu şəhid olub.
Adalet.az xəbər verir ki, deputat Fazil Mustafa bu barədə öz sosial şəbəkə hesabında məlumat yayıb.
O bildirib ki, şəhid olan hərbçimiz Fərid Kəmaləddin oğlu Mehbalıyev Səttar Möhbalıyevin əmisi nəvəsidir. F. Mustafa onu da vurğulayıb ki, Səttar müəllimin qardaşı Əhməd Mehbalıyev də Qarabağ savaşında şəhid olub.
Qeyd edək ki, bu gün Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkət Qüvvələrinin hərbi qulluqçusu, Naxçıvanın Kəngərli rayonu, Qıvraq qəsəbə sakini, 1994-cü il təvəllüdlü Fərid Kəmaləddin oğlu Mehbalıyev şəhid olub.
Allah rəhmət eləsin! Bütün şəhidlərimizin ruhu qarşısında baş əyirəm!
Əntiqə Rəşid
Digər Xəbərlər

“Telekanallarımız gənclərin psixologiyasını korlayır” - Sosioloq

Dövlət Komitəsi yanında İctimai Şuraya seçkilər keçirilib

“Qohum evliliklərinin vacib olduğunu demirəm, amma...” - Sosioloq

Bakı aeroportundan Formula 1-lə bağlı sərnişinlərə müraciət

Bu arayışları da “ASAN xidmət” verəcək

"802" xidmətinin maddi-texniki bazası gücləndiriləcək

Narkomanlığa qarşı mübarizəyə dair Dövlət Proqramı təsdiqlənib
