adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
01 Noyabr 2018 15:21
21681
MƏMLƏKƏT

YÜZ ƏLLİ KİLOQRAM DA ERKƏK OLAR? - Faiq QİSMƏTOĞLU yazır

Bizim də dədə-babadanmal-qoyun, qoyun-quzu saxlayan dostlarımız, yaxınlarımız olub. Heç uzağa getməyək,kənddə olanda biz özümüzlə mal-qoyun saxlayardıq. Və həmin mal-qoyunları da özümüzörüşə aparıb otarardıq. Camış və inəklə müqayisədə qoyunu otarmaqda çox çətinliklərçəkirdik. Qara malı ötürürdün örüşə, başını aşağı salıb otunu yeyirdi. Heç vaxtgözdən itməzdi. Amma qoyun-quzular belə deyildi. Kəndin aşağısına örüşə aparırdıq,başımız futbol oynamağa, kitab oxumağa qarışanda bir də görürdük ki, qoyun sürüsügözdən itib. Nə az, nə çox 3-4 kilometr məsafə qət edərdilər. Biz kənd uşaqlarıda qan-tərə bata-bata çox çətinliklə də olsa o qoyun-quzunu tapardıq.

Bizim böyüdüb ərsəyəçatdırdığımız erkək qoyunların ən böyüyünün ağırlığı 25-30 kq olardı. Nə qədər onayem versən də, örüşə aparsan da ondan artıqçəki verən deyildi. Amma indi eşidirik ki, xaricdən yeni qoyun sortları gətirilib.Onların həm keçi kimi uzun buynuzları var, həm də bu erkəkləri böyüdüb boya-başa çatdıranda130-150 kq ət verirlər. Təbii ki, xarici qoyun cinsləri bizimkilərdən fərqli olaraqdaha ağır çəkiyə malikdilər. Tək onların qoyun-quzuları deyil, inək və camışlarıda ağır çəkili olurlar. Bununla yanaşı, xaricdən gətirilmiş qaramal daha çox südverir. Deməli, burda yenə hansısa amillər əhəmiyyətli rol oynayır.

Yeni qoyun sortubecərən təsərrüfat adamları deyir ki, bu bizim üçün çox sərfəlidir. Zarafat deyil,onlara bir il qulluq eləyirsən, ağır çəki alır. Sonra da bazara çıxarıb satırsan.Sözün düzü, əti bizimkilər qədər dadlı olmasa da, amma çəkisinə söz ola bilməz.Artıq bizim kənddə çoxlu sayda təsərrüfat adamları bu cür heyvanların alınmasınavə bəslənməsinə daha çox üstünlük verirlər. Təbii ki, bu da əldə olunan qazanclarlabağlıdır.

Əlbəttə, kənd təsərrüfatındahəmişə yeniliyə üstünlük verilməlidir. Amma bununla yanaşı, özümüzün qoyun sortlarınıda qoruyub saxlamaq və artırmaq önəmli əhəmiyyət kəsb etməlidir. Qəssablardan biriləsöhbət elədim. Soruşdum ki, payız və qış mövsümündə mal, qoyun əti bahalaşmayacaqki? O da dedi ki, biz həftədə iki dəfə Bərdədən Bakıya mal və qoyun gətiririk. Rayonlardairibuynuzlu və xırdabuynuzlu heyvanlar həddindən artıqdır. Ona görə də inanmıramki, qışda bu ətlər bahalaşsın.

Hər halda, kənd adamlarınındolanışığının böyük hissəsi mal-qoyundan çıxır. Ona görə də onlara şərait yaratmaqvə imkan vermək lazımdır ki, ölkədə bolluq yaransın. Əgər ölkədə iribuynuzlu vəxırdabuynuzlu heyvanlar ucuz olarsa, ətin satışı da ucuz qalar. Bir sözlə, kim hansıyerdən çörək qazanırsa, onun da inkişafına və yüksəlişinə səy göstərməlidir.