adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
09 Dekabr 2023 17:47
1155
ƏDƏBİYYAT

Yusif Səmədoğlu adına nəsr yarışmasının qalibləri açıqlandı  

Dekabrın  8-də Azərbaycan Yazıçılar Birliyinin Natəvan zalında keçirilən tədbirdə Yusif Səmədoğlu adına nəsr müsabiqəsinin qalibləri elan olundu. Ötən ilin dekabırnda start verilən yarışma Dastanoğlu Fondunun sədri, yazışı-publisisit və iş adamı Rüstəm  Dastanoğlunun təşəbbüsü ilə baş tutub və Qarabağ zəfərinə həsr olunub.   Yarışmaya poman, povest və hekayə jarları üzrə olmaqla zəfər mövzusuda yazılmış 45 əsər təqdim olunub. İki mərhələdə keçirilən yarışmada yüri üzvləri öncə hər janr üzrə 3 əsər seçərək ekspetlərə təqdim eləyib. İkinci mərhələdə ekspertlər bu müəlliflər arasından qalibləri müəyyən edib:

Roman  - Etibar Muadxanlı, “İlin beşinci fəsli”;

Povest  - Nazilə Gültac, “Şəhid atası”;

Hekayə - Təvəkkül Boysunar, “Xoşbəxt göyərçinlər, xoşbəxt bayraqlar”

Tədbiri giriş sözü ilə açan   Azərbaycan Yazıçılar Birliyinin katibi Səlim Babullaoğlu sözü Dastanoğlu Fondunun sədri, yazıçı-publisist Rüstəm Dastanoğluna verdi. Əsas diqqəti Qarabağ zəfərimizin bədii ədəbiyyatda işıqlandırılamsı zərurəti, bunun bədii sözün zaman, dövlətçiliyimiz və millətimiz qarşısında borcu kimi dəyərləndirən

R.Dastanoğlu   Fondu bu istiqamətdəki fəaliyyətini bundan  sonra da davam etdirəcəyini bildirdi.  Xalq şairi Vahid Əziz, AYB sədrinin müavini, yazıçı-publisist Rəşad Məcid, yarışmanın Təşkilat Komitəsinin sədri, “Azərbaycan” jurnalı Baş redaktorunun müavini, ədəbi-tənqidçi Əsəd Cahangir, “Ədəbiyyat qəzeti”nin Baş redaktoru, jüri üzvü  Azər Turan, yazıçı-tərcüməçi  Yaşar Əliyev, professor Abbas Bağırov və digərləri çıxış edərək, Dastanoğlu Fondunun ədəbiyyatımızın inkişafı naminə atdığı bu addımı yüksək qiymətləndirdilər, digər iş adamlarımızı da bundan örnək götürməyə çağırdılar. Sonda çıxış edən AYB sədri, Xaq Yazıçısı Anar yarışmanın unudulmaz yazıçımız Yusif Səmədoğlunun adına təsis edilməsindən dolayı təsisçiyə təşəkkürünü bildirdi, bu işdə üzərinə böyük məsuliyət düşən yüri üzvləri və ekspertlərin zəhmətini qeyd elədi, qaliblərə bundan sonrakı yaradıcılıq fəaliyyətlərində daha böyük uğular arzuladı.   

Sonra qaliblərin ödülləndirilməsi başlandı: roman üzrə qalibə diplom və pul mükafatını Anar, povest və hekayə üzrə qaliblərə isə müvafiq olaraq Vahid Əziz və Rəşad Məcid təqdim elədi. AYB katibiləri Elçin Hüseynbəyli və  İlqar Fəhmi, yazıçı, jurnalist və alimlərdən “Azərbaycan-Almaiya cəmiyyəti”nin sədri Çingiz Abdullayev, Elnarə Akimova, Fəxrəddin Salim, Fəxriyyə Lilpar, Əhməd Qəşəmoğlu, Nağdəli Zamanov və digərlərinin qatıldığı tədbir iştirakçıların xatirə şəkli çəkdirməsi ilə başa çatdı.