adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
06 Yanvar 2017 15:42
8116
DÜNYA

Yüksək vəzifəli rəsmilərin maaşı azaldılır

Meksika hökuməti kütləvi etirazlara və soyğunçuluq hallarının artmasına səbəb olan benzinin qiymətinin qalxması fonunda yüksək vəzifəli rəsmi şəxslərin maaşının azaldılması barədə qərar qəbul edib.

Adalet.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, bunu ölkə Prezidenti Enrike Penya Nieto deyib.

Dövlət başçısı bildirib ki, benzinin qiymətinin qaldırılması nəticəsində xərclər 190 milyard peso (8,9 milyard dollar) azalıb: "Bundan başqa, yüksək vəzifəli rəsmi şəxslərin əməkhaqları 10 faiz azaldılacaq".

Qeyd edək ki, benizin qiymətinin artırılması qərarı yanvarın 1-dən ölkədə kütləvi etirazlara səbəb olub. Son bir neçə gün ərzində Meksikada 370 ticarət obyekti qarət olunub.