adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
01 Oktyabr 2015 17:43
196473
MODA

Yüksək modanın kişi və qadın sintezi

Yüksəkmoda çoxdan dəyişib, hətta əvvəlki səviyyəsini də itirməkdə davam edir. İndimoda aləmində yeniliklər insanları ilhamlandırmaq əvəzinə daha daqıcıqlandırır. Bu həftə start götürən Paris Moda Həftəsində olduğu kimi.Dünyanın hər yerində şəhər-kənd söhbəti var. Hər bir ölkənin əsas şəhərlərində,meqapolislərində əyalət adamlarına yuxarıdan aşağı baxırlar. Budəfəki ParisModa Həftəsinə əyalətlərdən axışan  modabazlar da kübar şəhər dizaynerlərininürəyincə olmayıb. Üstəlik sonuncu moda günlərində kişilərin qadın, qadınlarınkişi paltarı geyinərək, guya novatorluq etməsi mühafizəkar insanları hiddətləndirib.Həftə ilə əlaqədar Paris mağazaları iştirakçı modelyerlərin əl işləri ilə aşıb-daşır.Amma bu mağazalarda, dəfilələrdəki kimi kişilərçün güllü, çəhrayı, aksessuarlıkişi paltarları satılır. Qadınlara isə kişi geyimləri təklif olunur. Kablukayaqqabılardan tamamilə itib. Qadın geyimlərinin rəngi, forması "kişiləşib”. Dəfilədəhətta avtomexannik, pilot, usta obrazında, qalstukda qadınlar boy göstərirlər. Birsözlə, belə getsə yaxın 10 ildə küçədə rastlaşdığın insanın cinsini müəyyən etməkmümkün olmayacaq.