adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
05 Mart 2018 16:50
11037
GÜNDƏM

Yüksək etimadın bir addımlığında

Bu gün AzərbaycanRespublikası Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov prezidentliyənamizədlik vəsiqəsini İlham Əliyevə təqdim edib. Suriya,İraq, Yəməndə baş verən hadisələr fonunda dünyanın qarışıq bir vaxtında İlhamƏliyev cənabları Azərbaycana prezident olmaq kimi məsuliyyətli yükü yenidəndaşımaq niyyətindədir. 

Belə bir zaman bu ağır və məsuliyyətli yükü daşımaq şərəflioldğu qədər də çətindir. Bu yolda Prezidentimizə can sağlığı və uğurlararzulayıram. Aprelin 11-də keçiriləcək prezident seçkilərində biz yenidən onu dəstəkləməkistəyirk. Çünki ötən illər ərzində o, bütün sınaqlardan qalibiyyətlə çıxıb. O,gəncliyini müstəqil Azərbaycan dövlətinin qurulmasına, onun qüdrətli və ərazibütövlüyünü təmin olunmasına həsr edib. Fevralın 8-də İlham Əliyev cənablarınınYeni Azərbaycan Partiyasının qurultayındakı çıxışı həm də seçki proqramıdır.Prezidetn həmin çıxışnda Azərbaycanın talyüklü məsələlərinə toxunub, görüləcəkişlərdən danışıb. Həmin çıxşdan bəzi mqamları diqqətinizə çatdırmaq istərdim.Prezident ölkəmizdə sabitliyin vacibliyinin vurğulayara, xalqla iqtidarbirliyindən danışıb: "Mən dəfələrlə demişəm, bir daha demək istəyirəm ki, bizimsiyasətimizin mərkəzində Azərbaycan vətəndaşı, onun problemləri, onunqayğıları, onun rifahı dayanır. Xalq-iqtidar birliyi Azərbaycanda sabitliyi şərtləndirənəsas amildir, bu gün var və gündən-günə güclənir. Bu gün Azərbaycan dünyamiqyasında ən sabit ölkələrdən biridir və o ölkədir ki, xalq-iqtidar birliyionun uğurlu inkişafını müəyyən edir. Çünki bizim siyasətimiz ictimaiyyət tərəfindəndəstəklənir və ictimaiyyət də görür ki, bizim siyasətimiz real, konkret nəticələrəgətirib çıxarır”. İlham Əliyev cənablar ərazi bütövlüyümüz məsələsi ilə bağlıçıxşında Azərbaycanın qəti mövqeyinin bir daha ortaya qoydu. O dedi:" İndi hamıbilir ki, Azərbaycan prinsipial mövqedədir, müstəqil siyasət aparır. O siyasətki, Azərbaycan xalqının maraqlarını təmin edir, o siyasət ki, bir çox tərəfdaşlarüçün də əlavə imkanlar yaradır. Beynəlxalq təşkilatlar çərçivəsində fəaliyyətimiziuğurla davam etdirəcəyik. Bütün mötəbər beynəlxalq təşkilatlar Ermənistan-Azərbaycan,Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bizim mövqeyimizi dəstəkləyir. BMT, ATƏT,Avropa Şurası, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı– bütün bu aparıcı təşkilatlar münaqişə ilə bağlı bizim mövqeyimizi dəstəkləyənqətnamələr, qərarlar qəbul etmişlər. Beləliklə, münaqişənin həlli üçün siyasi əsaslarda qoyulub. Hüquqi əsaslar onsuz da var. Bütün dünya Dağlıq Qarabağı Azərbaycanınayrılmaz hissəsi kimi tanıyır. Heç bir ölkə bu qondarma qurumu tanımayıb və əminəmki, heç vaxt tanımayacaq. Tarixi əsaslar da bizim mövqeyimizi gücləndirir.Çünki Dağlıq Qarabağ bizim əzəli, tarixi torpağımızdır. Beynəlxalq təşkilatlarınqərar və qətnamələri həm hüquqi, həm siyasi əsasları möhkəmləndirir. Münaqişəninhəlli ilə bağlı bizim mövqeyimiz üstünlük təşkil edir, xüsusilə indiki şəraitdə.Dünyanın müxtəlif yerlərində, eyni zamanda, Avropada separatizm meyilləriartır. Avropa da görür ki, separatizm nə dərəcədə təhlükəli meyildir. Biz isə təcavüzkarseparatizmlə üzləşmişik. Ona görə bütövlükdə münaqişələrlə bağlı dünyada gedənproseslər, yanaşma bizim mövqeyimizi daha da möhkəmləndirir”. Prezident Azərbaycanınstrateji maraqları və hədəflərindən bəhs edərək, bildirdi: "Onu da qeyd etməliyəmki, biz tarixi torpaqlarımızı da unutmamalıyıq və unutmuruq. Bu da gələcək fəaliyyətimizüçün istiqamət olmalıdır, necə ki, biz bu gün də bu istiqamətdə iş görürük.Bizim tarixi torpaqlarımız İrəvan xanlığıdır, Zəngəzur, Göyçə mahallarıdır.Bunu gənc nəsil də, dünya da bilməlidir. Mən şadam ki, bu məsələ ilə bağlı -bizim əzəli torpaqlarımızın tarixi ilə bağlı indi sanballı elmi əsərləryaradılır, filmlər çəkilir, sərgilər təşkil olunur. Biz növbəti illərdə buistiqamətdə daha fəal olmalıyıq və dünyanın müxtəlif yerlərində sərgilər, təqdimatlarkeçirilməlidir. Çünki İrəvan bizim tarixi torpağımızdır və biz azərbaycanlılarbu tarixi torpaqlara qayıtmalıyıq. Bu, bizim siyasi və strateji hədəfimizdir vəbiz tədricən bu hədəfə yaxınlaşmalıyıq”. Cənab prezident irəli sürüdüyü müddəalaristiqamətində ötən 15 ildə də fəaliyyət göstərib. 15 ildir o, AzərbaycanRespublikasına başçılıq edir. Bu müddət ərzində ölkəmizdəki inkişaf gözqabağındadır. Bakı yenidən qurulur. Uçuq-sökük evlər paytaxtımızda xeyli azlıb.Rayonlarda abadlıq işlər görülür. Yeni-yeni iş yerləri açılır. Bütün bunlar AzəırbaycanRespublikasının Prezidenti İlham Əliyevin uğurlu siyasətinin nəticəsidir. Bu vəbaşqa bu kimim işlərinə görə biz yenidən onun prezident seçilməsini istəyir vədəstəkləyirik.


İradə Polad