adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
18 Mart 2019 13:24
8319
MƏMLƏKƏT

Yük maşınından 900 mindən çox pirotexniki vasitə aşkarlanıb

Gömrükdə 900 mindən çox pirotexniki vasitə aşkarlanıb.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Adalet.az-a verilən məlumata görə, Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinin keçirdiyi əməliyyat tədbiri nəticəsində "Mercedes-Benz 408" markalı yük avtomobilinin arxa yük yerində Azərbaycan vətəndaşına məxsus müxtəlif markalı 912989 ədəd pirotexniki vasitə aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.