adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
27 Dekabr 2016 11:24
16619
KRİMİNAL

Yolka satarkən tutuldu

Rusiyanın Xabarovsk şəhərində bazarda qanunsuz yolla Yeni il yolkaları satan azərbaycanlı tutulub.

Bu barədə Adalet.az Rusiya KİV-nə istinadən xəbər verir.

Məlumata əsasən şəhər administrasiyası və polis, həmçinin dövlət meşə müfəttişləri qanunsuz yolla satış həyata keçirənlərə qarşı profilaktik tədbirlər görüb.

Nəticədə üzərində heç bir sənədi olmayan azərbaycanlı saxlayıb. O, polis bölməsinə aparılıb.

Faktla bağlı araşdırmalar davam edir.