Yol qəzalarında xəsarət alanlar 3 faiz artıb
Səhiyyə Nazirliyinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Mirələm Cəlilov bu il Azərbaycanda yol-nəqliyyat hadisələri nəticəsində xəsarət alanların 3 faiz artdığını bildirib.
Adalet.az xəbər verir ki, nazirlik rəsmisinin sözlərinə görə, 2017-ci il ərzində stansiyanın nəzdindəki 12 regional məntəqə və konsultativ bölmə 2590 nəfərə xidmət göstərib.
M.Cəlilov sanaviasiya xətti ilə regionlarda aparılmış cərrahi əməliyyatların sayının ötən illə müqayisədə 4 dəfə artdığını deyib. Belə ki, 2016-cı ildə 9, 2017-ci ildə 36 belə cərrahiyyə əməliyyatı aparılıb.
Baş həkimin sözlərinə görə, bu il ərzində kritik vəziyyətdə olan 92 hamilə və zahıya 183 dəfə çağırış edilib.
Digər Xəbərlər
29 Aprel 2024 11:04
Dövlət Komissiyası: “Natiq Qasımovun qalıqlarının tapılması asan olmayacaq”
29 Aprel 2024 10:40Orduda ən yaxşı snayper müəyyən ediləcək - VİDEO
29 Aprel 2024 10:29İtkin düşən 6 hərbçiyə şəhid statusu verilib
29 Aprel 2024 09:34Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində itkin düşən vətəndaşlarımızın yeni sayı açıqlanıb
29 Aprel 2024 09:10