adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
24 Iyul 2018 13:02
8479
MƏMLƏKƏT

YOL POLİSİ ÇƏTİN VƏZİYYƏTDƏ OLANLARA KÖMƏK ETDİ

Baş Dövlət Yol Polisi İdarəsiəməkdaşları ilə «Ədalət»in birgə reydi

Sirr deyil ki, iyul və avqust aylarında havalar daha isti keçir. El arasındaavqustu «qorabişirən» ay kimi tanıyırlar. Yəni bu ayda ən gec yetişən meyvələr istidənyetişir və bəhər verir. Təbii ki, havaların isti keçməsinin müəyyən kənd təsərrüfatıməhsullarına xeyri olsa da, insanlar üçün bir çox çətinlikləri də var. Yəni havalar həddindən artıq isti olanda avtomobilləridə idarə etmək bir qədər müşkül məsələyə çevrilir. Daha doğrusu, sükan arxasındaəyləşmiş hər bir sürücü əgər həmin avtomobildə kondisioner yoxdusa bir qədər tıncıxır,istidən özünü yorğun hiss eləyir. Yorğunluqisə bəzi hallarda baş verə bilcək qəzalar üçün münbit şərait yaradır.

İsti havalarla bağlı vəyarana biləcək çətinliklərlə əlaqədar olaraq Yol Patrul Xidməti Alayının bütün tağımları daha diqqətli mövqe tuturlar. Ən azından ona görəki, bu cür havalarda uzaq məsafələri qət edən sürücülər məsuliyyətli olmalı və yolpolisinin tövsiyələrinə qulaq asmalıdır. Havaların isti keçdiyi ilk günlərdən deməkolar ki, yol patrul xidmətinin bütün tağımları mövcud problemin aradan qaldırılmasıüçün qabaqlayıcı tədbirlər həyata keçirirlər. Bu qabaqlayıcı tədbirlərdən biri ondanibarətdir ki, stasionar postlarda hərəkət iştirakçılarının dincəlməsi və əl-üzlərinisoyuq su ilə yuması üçün əlverişli şərait təmin edilib.


Belə bir şərait Yol PatrulXidməti Alayının Bakı-Qazax avtomobil yolunun 368-ci kilometrindən 511-ci kilomterinəqədər xidmət aparılan postlarda da yaradılıb. Yol Patrul Xidməti Alayının 9-cu tağımında hava şəraitinin isti keçməsi ilə əlaqədar hərəkətiştirakçıları orda mövcud bulaqdan istifadə edərək isti havanın sıxıntılarındançıxa bilirlər.

«Kamaz» markalı maşınınsürücüsü yol polisi əməkdaşı, polis baş serjantı Nəsir Həsənov tərəfindən saxlanılır.Polis əməkdaşı sürücüyə bildirir ki, uzaq məsafə qət etdiyi üçün bir qədər stasionarpostda dincəlsin və əl-üzünü soyuq su ilə yuyub yorğunluğu canından çıxarsın. Budiqqət və qayğını görən yük maşınının sürücüsü Əli Qasımov yol polisinə öz minnətdarlığınıbildirir və maşından düşüb bulağa sarı gedir, orda əl-üzünü soyuq su ilə yuyur.Sonra maşından götürdüyü dəsmalla üzünü qurulayır. Dərindən nəfəs alır və bir rahatlıqhiss edərək yol polisi əməkdaşına təşəkkür eləyir.

Digər bir avtobus sürücüsünüisə polis baş serjantı Elşən İsmayılov saxlatdırır. Sürücü isə onun «saxla!» əmrinə tabe olur. Polisi dinləyəndənsonra onun çöhrəsində bir təbəssüm yaranır. Deyir ki, qardaş, nə yaxşı siz varsınız.Düzdür, hərdən biz də inciyirik, sizdən küsürük. Amma bu cür mədəni münasibət görəndəistər-istəməz sizə hörmətimiz birə-beş artır. Avtobus sürücü onu da bildirir ki,Bakıdan Qazaxa sərnişin daşıyır. Elə Nəvai postunda da bizi saxlatdılar, bir azdincəldik və sonra yolumuza davam etdik. İndi də burda polisin göstərişi ilə dayanmışıq. Özüm də, sərnişinlər də bu bulaqda üzümüzü yuyub sərinləyəcəyik və yenidən yoladüşəcəyik. Vallah, adam bir qədər dincələndə, əl-üzünü soyuq su ilə yuyanda yorğunluğuda canından çıxır, yuxusu qaçır. Biz sürücülər elə deyirik ki, iki daşın arasındasərnişini aparaq, pul qazanaq. Bəzən çətin vəziyyəti nəzərə almırıq.


Reyd zamanı neçə-neçə avtobusvə mikroavtobus sürücüsü saxlanılaraq tağım əməkdaşları tərəfindən maarifləndirildi.Təbii ki, isti havalarda bu cür qabaqlayıcı tədbirlərin keçirilməsi, izahat işlərininaparılması baş verə biləcək qəzaların qarşısının alınmasında əvəzsiz rol oynayır.Ümumiyyətlə, 9-cu tağımın əməkdaşları çətin vəziyyətdə olan sürücülərə həmişə özköməkliklərini göstəriblər. Bir dəfə postunyaxınlığında bir kişinin maşını sıradan çıxırvə maşında da hamilə qadın olur. Kişi o dəqiqə posta girib yol polislərindən köməkistəyir. Yol polisi əməkdaşı da köməyini ondan əsirgəmir, hamilə qadını və kişinixidməti maşınla Gəncə şəhər xəstəxanasına çatdırır. Qızın qayınatası deyir ki, əgərvaxtında hamilə qadını yol polisi xəstəxanaya çatdırmasaydı, faciəli hadisə başverərdi. Qadın da dünyasını dəyişərdi, uşaq da ölərdi. O qadının oğlu olur və uşağaonu xəstəxanaya aparan yol polisinin adını qoyurlar.

Doqquzuncu tağımın əməkdaşlarıbu ilin 7 ayı ərzində 4253 sürücü barəsindəinzibati protokol tərtib ediblər. Onların arasında ötmə əməliyyatını pozan550, sərxoş 28, hüquqsuz 40, etibarnaməsiz 40, manevr qaydasını pozan 122, sərnişindaşıymaya əməl etməyən 50, yükdaşıma qaydasını pozan 16 sürücü var. Təbii ki, bunlarınhər biri haqqında qanunauyğun tədbir görülüb. Ümumiyyətlə, bu tədbirlərin gerçəkləşdirilməsielə özü də qabaqlayıcı bir proflaktika deməkdir.

Bu tağıma çox peşəkar, təcrubəli bir polis zabiti komandirlikedir. Başqa sözlə demiş olsaq, 9-cu tağımın komandiri, polis mayoru Aqil Məmmədovdur.O, bizimlə söhbətində yay mövsumu ilə əlaqədar olaraq həyata keçirilmiş və keçiriləcəktədbirlərdən danışdı. Aqil Məmmədov dedi ki, rəhbərlik bizim qarşımızda çox məsulbir vəzifə müəyyənləşdirib: kobud qayda pozuntularına qarşı mübarizəni daha da gücləndirmək!Əlbəttə, sürücülər arasında maarifləndirmə və izahat işləri də ön plana çəkilir.Məhz bunun nəticəsidir ki, xidmət apardığımız Bakı-Qazax yolunun 368-ci kilometrindən511-ci kilometrinə qədər baş verə biləcək ağır qəzalar əvvəlki vaxtlarla müqayisədəaşağı enib. Üstəlik də biz müəyyən zamanlarda yaşayış yerlərindəki məktəblərdə,müəssisələrdə hərəkət iştirakçıları ilə səmimi söhbətlər aparırıq. Həm sürücülərlə,həm də piyadalarla aparılan bu söhbətlər çox səmimi və yaddaqalan olur, ümumi işimizədə müsbət təsir edir.


Biz reyddə olarkən bir dahayəqin etdik ki, isti havalarla əlaqədar olaraq tağım əməkdaşları sutkanın 24 saatını məsuliyyət hissiylə çalışırlar. Yəni ilk növbədəona çalışırlar ki, xidmət apardıqları zaman ölümlə nəticələnən hadisələr baş verməsin.Tağımın əməkdaşlarından polis kapitanı Şahin Süleymanov, polis baş leytenantı ElnurZeynalov, polis baş serjantları Nəsir Həsənov, Elşən İsmayılov, Babək Bəhramlı,polis serjantı Elşən Səmədov növbə ərzində tapşırılan işi peşəkarlıqla və vicdanlayerinə yetirməyə çalışırdılar.

Bir daha görülən tədbirləronu deməyə əsas verir ki, yol polisi öz tərəfindən nə tələb edilirsə, o addımı atır.Bu addım eyni zamanda sürücülər və hərəkət iştirakçıları tərəfindən də vaxtındaatılmalıdır. Yəni sürücü yol hərəkəti qaydalarına əməl etməli, piyadalarsa yolutəyin olunmuş yerdən keçməlidirlər. Bax, belə olanda qəzalar da baş verməz, ölümvə xəsarətalma halları qeydə alınmaz.

Reyddə iştirak edirdilər:Aqil MƏMMƏDOV- Yol Patrul Xidməti Alayının 9-cu tağımının komandiri, polis mayoru;Şahin SÜLEYMANOV – 9-cu tağımın baş inspektoru, polis kapitanı; Elnur ZEYNALOV– 9-cu tağımın baş inspektoru, polis baş leytenantı; Nəsir HƏSƏNOV – 9-cu tağımıninspektoru, polis baş serjantı; Elşən İSMAYILOV – 9-cu tağımın inspektoru, polisbaş serjantı, Babək BƏHRAMLI – 9-cu tağımın inspektoru, polis baş serjantı; FaiqQİSMƏTOĞLU – «Ədalət»in əməkdaşı