adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
24 Fevral 2020 10:42
32523
GÜNDƏM

Yırtıcıların hədəfi: Qeyrətimiz və körpələrimiz ...

Farizinyas mərasimində nənəsi Məlahətin yana-yana ağlaması, ağlaya-ağlaya dediyi"Balan yansın erməni, balaya da güllə atarlar”kəlməsini aradan illər keçsə də unudabilməmişəm. Dünyanın sirrindən-siyasətindən bixəbər, məsum körpələrin güllələnməsini, öldürülməsiniyanan ana da, dağ çəkilən nənə də qəbullana bilmirdilər. Uzun illər keçsədə heç kim qəbullanabilmir. Adını insan qoyan "yer üzünün əşrəfi” ibarələri ilə bəzənən məxluq körpənigüllələyərmi, qanına qəltan edərmi, onun daxili orqanlarını çıxarıb satarmı? Bəli, ağıla sığışdırılası məntiq deyil! İnsan etməzdeyərkən erməni etməz demirik. Fakt faktlığında qalır!

Yəqin ki,unutmamısınız! Düz doqquz il əvvəl -2011-ciil martın 8-də Ağdamın işğal olunmuş Şıxlar kəndi istiqamətində ermənisnayperinin atəş açması nəticəsində, Orta Qərvənd kənd sakini 9 yaşlı azərbaycanlıFariz Bədəlov həyatını itirdi. Həmin vaxt balaca Fariz başından ağır yaralandıvə xəstəxanaya aparılarkən dünyasını dəyişdi. 2016-cı ildə isə AzərbaycanınTovuz rayonunun Ermənistanla həmsərhəd olan Əlibəyli kəndində düşmənə məxsuspartlayıcı qurğunun işə düşməsi nəticəsində 1998-ci il təvəllüdlü ŞahmalıyevaAygün Zirəddin qızı həlak oldu, onun anası 1979-cu il təvəllüdlü ŞahmalıyevaElnarə Məmmədtağı qızı isə ağır xəsarət alıb. 2016-cı il aprelin 5-də ermənisilahlı qüvvələrinin atəşkəsi pozması nəticəsində Tərtər rayonunun Həsənqaya kəndsakini, 16 yaşlı Həsənova Turanə dünyasını dəyişdi.

2017 –ci il iyulun 4-də Ermənistansilahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi 82 və 120millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutuldu. Ermənistan tərəfinin butəxribatı nəticəsində kənd sakinləri - 1967-ci il təvəllüdlü Sahibə İdris qızıQuliyeva və 2015-ci il təvəllüdlü Zəhra Elnur qızı Quliyeva həlak oldular. Qeydetmək yerinə düşər ki, ermənilərin uşaq qətilləri isə bundan çox illər əvvəl başlamışdı.

Adı İNSAN- xisləti YIRTICI

Fransada qondarma "erməni soyqırımı” barədə arxivmateriallarını araşdıran türk araşdırmaçı Əli Rzaoğlu "Xocalı ermənigenerallarının xatirələrində” adlı araşdırmasında Xocalı qətliamında iştiraketmiş 34 erməni hərbçisinin xatirələrini təqdim edir. Kanadada yaşayan VasiliStardiyan onunla müsahibədə bildirib ki, Xocalıdan və Qarabağdan olan 170uşağın daxili orqanlarını əməliyyat yolu ilə çıxararaq Avropaya, ABŞ-asatmışdır.



1988-ci il dekabrın 5-dəHamamlı şəhərində (Spitak) 17 azyaşlı uşağı iri diametrli boruya dolduraraq həriki tərəfini qaynaq etdilər. Borunu hündür uçurumdan tullayaraq fidanları qətləyetirdilər. Elə həmin ilin noyabrında Quqarkda da bu cür hadisə həyatakeçirilmişdi. 70-ə yaxın 5 yaşından 12 yaşına kimi uşağı 20 metr uzunluğunda1,5 diametrdə boruya dolduraraq hər iki tərəfini bağlayıblarmış. Yalnızdekabrda baş verən zəlzələ zamanı köməyə gələn fransalı xilasedicilər bu qətliamınüstünü açaraq dəhşətə gəlmişdilər.1990-cı il yanvarın 19-u axşamı erməniquldurları Naxçıvan Muxtar Respublikasının Sədərək kəndinə hücum etdilər. Onlarburada da ağlagəlməz tragediyaların sahibləri oldular. 6 yaşlı Elvin, 4 yaşlıMalik Nəsirzadə qardaşlarını da qətlə yetirdilər. Bir evin sevinci, bir ailəninümidi olan iki günahsız körpə Sədərəyin ilk şəhidləri sırasında dayandı. Bu acıqisməti onlara yaşadansa yenə də ermənilər oldu...

"Dostum Xaçatur türk uşağını hissə-hissədoğradı...”

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsiilə bağlı xalqımızın 20 minə yaxın övladı həlak oldu, 50 min adam yaralandı,400-ə yaxın qadın erməni işğalçılarının əsarətinə düşdü. Bu illər ərzində ermənilərazərbaycanlılara qarşı 32 terror aktı həyata keçirdilər. Xocalı soyqırımı əsrinfaciəsi adlandırıldı. Elə bu soyqırımında da 63 uşaq ermənilər tərəfindən qətləyetirildi. İndi də o hadisələrdən bəhs edən lent yazılarına, fotoşəkillərəbaxanda körpələrin ermənilər tərəfindən necə işgəncə ilə öldürülməsi adamındamarında qanını dondurur. Zori Balayanın internetdə yayımlanan tükürpədici məlumatlarıisə bu qətllərdən də betərdir. O, 1996-cı ildə "Ruhumuzun canlanması adlı bir kitab yazıb. Oradakı bir məlumatı olduğukimi oxuculara çatdırırıq. Türkün qatı düşməni ZoriBalayan yazıb: "13 yaşındakı türk uşağının (bu uşaq Xocalı soyqırımı vaxtıermənilər tərəfindən girov götürülmüşdü ) başından, sinəsindən və qarnından dərisinisoydum. Saata baxdım, türk uşağı 7 dəqiqə sonra qan itirərək öldü. İlk sənətimhəkimlik olduğuna görə, humanist idim. Ona görədə türk uşağına etdiyim bu əməllərə görə də, özümü xoşbəxt saymadım.Amma ruhum xalqımın bir faizinin belə qisasını aldığı üçün sevincdənqürurlanırdı. Dostum Xaçatur daha sonra ölmüş türk uşağının cəsədini hissə-hissədoğradı və onu türklə eyni kökdən olan itlərə atdı".

"10 yaşlı yaralı qızcığaztonqalın içində zarıyırdı...”

Livanda yaşayan erməniyazıçı-jurnalist David Xeyriyan adlı birisi "Xaç naminə"kitabında yazıb: "Fevralın 26-da meyitləri daşıyıb Daşbulaq yaxınlığındakıbataqlığa tökdülər və cəsədlərdən keçid-körpü düzəltdilər. Mən ölülərin üstündən keçməyə qorxurdum. Tərəddüdetdiyimi görən polkovnik Ohanyan mənə dedi: "Qorxma, ürəkli keç. Bu halmüharibənin qanunlarından biridir". Mən qana bulaşmış 9-11 yaşlı uşağın vədigər meyitlərin üstündən adlayıb bataqlığı keçdim. Çəkmələrim və şalvarımınbalağı qana batmışdı".

David Xeyriyan daha sonra yazır:"Martın 2-də"Qaflan" erməni qrupu (meyitləri yandırmaqla məşğul olurdu) 2000-əyaxın alçaq monqolun (türklərin) cəsədini toplayıb ayrı-ayrı hissələrləXocalının 1 km-liyində yandırdı. Axırıncı yük maşınında mən başından vəqollarından yaralanmış təxminən 10 yaşlı bir qız uşağını gördüm. Diqqətləbaxanda gördüm ki, o yavaş-yavaş nəfəs alır. Soyuq, aclıq və ağır yaralanmasınabaxmayaraq, o hələ də sağ idi. Ölümlə mübarizə aparan bu uşağın gözlərini mənheç vaxt yaddan çıxarmayacam. Sonra Tiqranyan familiyalı bir əsgər onunqulaqlarından tutub artıq üzərinə mazut tökülmüş cəsədlərin içərisinə atdı.Daha sonra onları yandırdılar. Tonqaldan ağlamaq və imdad səsləri gəlirdi....

2yaşlı şəhid Zəhraya ləyaqətsizmünasibət




Bir belə uşaq ölümünə bəlkə də dözmək olardı. Amma ermənilərin xislətini ortaya qoyan, onları insan məcmusundan kənardasaxlayan, vəhşi, qaniçən olduqlarını təsdiqləyən bu paylaşım olmasaydı.

Bizlər o ölümləri, o körpə fidanları bəlkə də, nəvaxtsa unutduq, amma bu erməni münasibətini, erməni şərəfsizliyini hec vaxt!

Bu qan yerdə qalsa, qansızıq demək!

Əntiqə Rəşid