07 May 2025 09:23
186
KRİMİNAL

Yevlaxda 592 ədəd çətənə kolu əkən şəxslər tutuldu

Yevlax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində çətənə bitkilərini kultivasiya yolu ilə yetişdirən Tərxan Tağıyev və Calal Abduyev saxlanılıblar.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Adalet.az-a verilən məlumata görə, onların yaşadıqları ünvanlara baxış zamanı aqrotexniki qaydada qulluq edərək yetişdirdikləri 592 ədəd çətənə bitkisi aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.