“Yəqin ki, Prezident həmin şəxslərin adını bilir” - Əflatun Amaşov
"Ölkəmizdə kifayət qədər lazımlı islahat həyata keçirilir. Hesab edirəm ki, Azərbaycanda yetərincə kadr potensialı var”.
Bunu millət vəkili, Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib. Onun sözlərinə görə, dövlət proqramına əsasən 7 minə yaxın gənc dünyanın müxtəlif ali məktəblərində təhsil alıb:
"Qlobal həyatda ölkəmizin yerini düzgün müəyyənləşdirmək istəyiriksə, dünyadan gedən prosesləri izləməliyik. Bu baxımdan yenilik tələb olunur. Kadrlar beynəlxalq təcrübəyə malik olmalıdır. İnanıram ki, aparılan islahatlar bəhrəsini verəcək”.
Ə.Amaşov oktyabrın 15-də keçirilən iqtisadi müşavirədə Prezident İlham Əliyevin mətbuatın daxili mübarizə növünə çevrilməsi ilə bağlı səsləndirdiyi fikirlərə də münasibət bildirib:
"Yəqin ki, cənab prezident həmin şəxslərin adını bilir və onlar haqq yoluna qayıtmasalar, cəzalarını alacaqlar. Nəinki ayrı-ayrı məmurlar, hətta müəyyən qurumlar bu məsələlərlə məşğul olublar. Bəzi məmurların nəzarətində bir neçə saytın, xəbər portalının olduğunu görürük. İctimai fikrə təsir göstərən ciddi mətbuat vasitələri bu oyunlarda iştirak etmirlər. Bir qrup jurnalist var ki, biz onları "reket jurnalist” adlandırırıq, onlar üçün gəliri hardan əldə etmələrinin fərqi yoxdur”.(azvision.az)
Digər Xəbərlər
03 May 2024 20:04
Numan Kurtulmuş: Fransa Milli Assambleyasının qərarı Türkiyənin layiq olmadığı ciddi ittihamdır
03 May 2024 16:47XİN-dən Böyük Britaniya səfirinə CAVAB: Mediamız azad, demokratikdir
03 May 2024 13:36Kristina Kuin erməniləri sevir, görən Mark Libbi bizi niyə sevmir?
03 May 2024 12:20Hikmət Hacıyev: Basdırılan minalar humanitar fəaliyyətə ciddi təsir edir
03 May 2024 12:19