adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
14 Fevral 2020 09:36
15601
DÜNYA

Yeniyetmə qız ölümlə təhdid edilir

Fransada Mila adlı 16 yaşlı litsey şagirdi İslam dinini təhqir etdiyinəgörə sərt təzyiqlərlə üzləşib. 

Adalet.az xarici mətbuata istinadən bildirir ki,keçən ay instaqramda canlı yayımda çıxış edən yeniyetməqız lezbiyan olduğunu açıqlayandan sonra müsəlman bir izləyici tərəfindən sərttəpkilərə və təhqirlərə tuş gəldikdə cavab olaraq İslam dinini təhqir eləmişdi.Bundan sonra çoxsaylı izləyicilər onun ünvanına təhdid dolu mesajlar göndərmişvə ölümlə hədələməyə başladılar. Sosial mediada onun şəxsi məlumatlarını vəoxuduğu litseyin ünvanı dapaylaşılmışdı. Bundan qorxuya düşən Mila bir televiziya kanalında çıxışedərək dediklərindən peşman olmadığınıbildirməklə yanaşı səmimi olaraq öz inaclarıyla yaşayan insanlardan üzr istəmişdi.Daha sonrasa təhdidlərdən yaxa qurtarmaq üçün oxuduğu litseyi dəyişməyə məcburolmuşdu. Artıq onun yaşadığı ev və təhsil aldığı litsey xüsusi mühafizəaltındadır.

Ölkəni əməlli-başlı qarışdırmış bu hadisəyə prezident Emanuel Makron damünasibət bildirib. O deyib ki, Fransa qanunlarında hər şey açıq yazılıb. Hər kəsistənilən dinə həqarət etmək və onu ələ salmaq haqqına malikdir. Yasaq olan təkşey insanlara nifrət hissi aşılamaq, onların şərəf və ləyaqətini alçatmaqdır.Daha sonra Milanın yeniyetmə bir qız olduğuna diqqət çəkən prezident deyib:"Onu məktəbdə, evində, bir sözlə, hər yerdə qorumaq bizim borcumuzdur. Uşaqlarinternet üzərindən məruz qaldıqları nifrət və şiddətin yeni formalarından dahaetibarlı şəkildə qorunmalıdırlar”.