adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
14 Mart 2019 23:08
8942
MƏMLƏKƏT

YENİ QOBUSTANIN FƏRƏHLİ DÖVRÜ

(əvvəli ötən sayımızda)

Rayonda 2018-ci ildəümumi məhsul buraxılışı 2017-ci illə müqayisədə 8,2 faiz artaraq 178 milyon 669min 200 manat olmuşdur. Kənd təsərrüfatında bu artım 2,2 faiz təşkil etmişdir.

2018-ci ildə rayondayerli gəlirlər üzrə mədaxil planı 3 milyon 6 min manat plana qarşı 3 milyon 508 min 6 manat icraolunaraq 116,7 faiz yerinə yetirilmişdir.

2017-ci illə müqayisədəpərakəndə əmtəə dövriyyəsi 3,1 faiz, əhaliyə göstərilən pullu xidmətlər isə2,8 faiz artmışdır.

Onu da qeyd edəkki, ümumi məhsul buraxılışının 43,0 faiziistehsal sahələrinin payına düşür. Ümumi məhsul buraxılışında qeyri-dövlətsektorunun xüsusi çəkisi 97,9 faiz təşkil edir.

Qobustan rayonununiqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir. 2018-ci ildə ümumi məhsulburaxılışının 43 faizi kənd təsərrüfatının payına düşür. Ötən il rayonda 70 min 236 ton taxıl istehsal edilmişdir ki, buda rayon tarixində ən yüksək göstərici olmaqla, ötən ilin müvafiq dövrünə nisbətən17,0 min ton və ya 31,8 faiz çoxdur. İstehsal olunmuş taxılın 48236 tonunu buğda 22,0 min tonunu arpa təşkil etmişdir.Buğda sahəsi üzrə məhsuldarlıq 23,1 sentner(əvvəlki ildən 1,6 sentner çox), arpa üzrəisə 22,5 sentner (əvvəlki ildən 1,7 sentner çox) olmuşdur. Onu da qeyd edəkki, 2018-ci ildə əkin sahəsinin əvvəlki illə müqayisədə 5835 ha çox olmasına baxmayaraqbiçin işləri mütəşəkkil təşkil edilmiş və vaxtında başa çatdırılmışdır.

2019-cu ilin məhsuluüçün rayonun əkinə yararlı 35815 ha torpaq sahəsinin artıq bu il 31183 hektarındataxıl, o cümlədən 22258 ha sahədə buğda, 8925 ha sahədə arpa əkilmişdir ki, bu da əvvəlki dövrlə müqayisədə 247 hektar və ya3,4 faiz çoxdur. 4632 ha sahə isə yazlıqlar və növbəti əkinlər üçün saxlanmışdır.Qarşıda duran mühüm məsələlərdən biri məhsuldarlığın yüksəldilməsidir.

Rayonda 17 özəl və2 dövlət toxumçuluq təsərrüfatı fəaliyyət göstərir. Ötən il rayonda 4912 ton yüksəkkondisiyalı toxum istehsal olunmuşdur.2018-ci ildə toxum istehsalçılarına 279 min 800 manat vəsait verilmişdir.Sevindirici haldır ki, hazırda rayonda Azərbaycan Respublikası Kənd TəsərrüfatıNazirliyi tərəfindən gücü saatda 5 ton olan müasir toxumçuluq zavodunun tikintisinəbaşlanılmışdır. Bu il zavodun istifadəyə verilməsi gözlənilir.

Rayonda kənd təsərrüfatınıninkişaf etmiş sahələrindən biri də heyvandarlıqdır.

2018-ci ildə iribuynuzlumal-qaranın baş sayı 2,3 faiz artaraq 30 min 798 başa, o cümlədən inək və camışların baş sayı 5,1 faiz artaraq12 min171 baş olmuşdur. Qoyun və keçilərin baş sayı 0,2 faiz artaraq 191min 289 başa, quşların baş sayı isə 29,3 faiz artaraq 120 min 426 başa çatmışdır.

2018-ci il ərzindəət istehsalı 1,4 faiz artaraq 6001 ton, süd istehsalı 1,1 faiz artaraq 20,3 minton, yumurta istehsalı 0,5 faiz artaraq 8,6 milyon ədəd olmuşdur. Hesabat dövründə 366,8 ton yun istehsal edilmişdirki, bu da 2017-ci ilə nisbətən 1,2 faiz çoxdur. Rayondaheyvandarlığın daha da inkişaf etdirilməsi məqsədilə cins tərkibinin yaxşılaşdırılmasımühüm şərtlərdən biridir. Bunun üçün ilk növbədə mal-qaranın cins tərkibi yaxşılaşdırılmalıdır.

Hazırda rayonda1000 ha sahədə Aqroparkın yaradılması işləri davam edir. Ötən dövr ərzində Aqroparkərazisində icarəçi tərəfindən elektrik xəttinin çəkilişi ilə bağlı işlərə başlanmış,artıq 1,5 km uzunluqda elektrik xətti çəkilmişdir. Ərazidə 200 başlıq ətlik istiqamətliferma tikintisinin eskiz layihəsi hazırlanmış, tikinti işlərinə başlanılmışdır.Aqroparkagedən 17 km yol əsaslı təmir edilmiş, alt örtüyü hazırlanmış, ərazi tamamilə şumlanaraqtəmizlənmiş, sahələrarası yollar qaydaya salınmışdır. Ərazidə işləmək üçün lizinqyolu ilə 4 ədəd traktor, 3 ədəd kombayn, 1 ədəd "Kamaz" markalı avtomobilvə zəruri digər kənd təsərrüfatı texnikaları, toxumsəpən, diski, kotan, çiləyicivə s. alınmışdır. Torpağın ümumi analizi aparılaraq tərkibi öyrənilmiş, ötən əkindövründə əraziyə müvafiq şumaltı və yemləmə gübrələri verilərək münbitliyi yaxşılaşdırılmışdır. 2018-ci ildə aqroparkda 400 ha sahədə buğda,300 ha sahədə arpa əkilmiş, ümumilikdə 1002 ton taxıl istehsal edilmişdir ki, bunun522 tonunu buğda, 480 tonunu isə arpa təşkil etmişdir. Suvarma təmin edilmədiyiüçün 2018-ci ildə 160 ha buğda, 40 ha arpa sahəsində biçin aparmaq mümkün olmamışdır.

2019-cu ilin məhsuluüçün 500 ha sahədə şum çıxarılmış, 400 ha sahədə isə arpa əkilmişdir.Aqroparkınyaranması rayon sahibkarlarına intensiv taxılçılıq, suvarma əkinçiliyi, müasir heyvandarlıqdaəldə olunacaq yüksək nəticələrlə əyani şəkildə tanış olmaq, bu sahələrə investisiyaqoyulmasına, rayonda mal-qaranın cins tərkibinin yaxşılaşdırılmasına bir stimulyaradacaqdır.

Son illərdə rayondaarıçılığa maraq artmışdır. 2018-ci ildə arı ailələrinin sayı 2,8 dəfə artaraq4109 arı ailəsi olmuş, məhsul istehsalı 66 faiz artaraq 20 tona çatmışdır.2018-ci ildə 81 mülkiyyətçiyə 1775 arı ailəsinə görə 17750 manat subsidiya verilmiş,80 mülkiyyətçiyə 1389 arı ailəsinə görə subsidiyanın verilməsi üçün sənədləşmə aparılır.

2018-si ildə rayonunTəsi kəndində fiziki şəxs tərəfindən 20 habadam bağı salınmışdır, 7000-dək badam ağacı əkilmişdir.

Azərbaycan RespublikasınınSahibkarlığın İnkişafı Fondu tərəfindən2018-ci ildə 5 layihə üzrə 54500,0 manat güzəştli kredit ayrılmış, 9 yeniiş yeri yaradılmışdır.

Əhalinin təbii qazlatəminatı istiqamətində Poladlı, Yekəxana, Şıxzahırlı və İlanlı kəndlərinə ilk dəfətəbii qaz verilmiş, qazlaşdırılmış yaşayış məntəqələrində isə 77 abonent təbii qazlatəmin edilmişdir. Hazırda rayon əhalisinin 96 faizi təbii qazla təmin edilir.

Son illərdə yol təsərrüfatırayonda sürətlə inkişaf edir. 2011-ci ilədək Qobustan rayonunda rayon mərkəzi vəCəngi kəndindən başqa heç bir kəndin asfalt örtüklü yolu olmadığı halda, hazırdaCəyirli, Çalov, Xilmillli, Ərəbşalbaş, Çuxanlı, Təklə, Sündü kəndlərinin daxilinədəkasfalt yollar çəkilmiş, Nabur, Cəmcəmli, Qurbançı, Ərəbşahverdi və Şıxzahırlı kəndlərininyolları təmir olunaraq normal vəziyyətə gətirilmişdir. 2018-ci ildə Dərəkənd kəndində1 km, Ərəbşalbaş kəndində isə yerli sahibkar tərəfindən 0,6 km asfalt örtüklü yolçəkilmişdir. Ümumilikdə, rayon üzrə 84 faiz əhalinin yaşadığı şəhər, qəsəbə və kəndlər asfalt örtüklü yollar üzərində yerləşir. Rayondarabitə xidməti sahəsində də son illərdə bir sıra işlər görülmüşdür. Hazırda rayonda91 faiz əhalinin yaşadığı 21 yaşayış məntəqəsinininternetə çıxış imkanları vardır. Telefon çəkilişi 2017-ci illə müqayisədə 7,2 faizartmış, Cəngi və Təklə Mirzəbaba kəndləri telefonlaşdırılmışdır. 2017-ci illə müqayisədərayonda internet istifadəçilərinin sayı 329 nəfər və ya 34,1 faiz artmışdır.

Ümumilikdə 2018-ciildə rabitə sahəsinin inkişafı üçün rayona 214,1 min manat investisiya qoyulmuş,rabitə xidmətlərinin həcmi isə ötən illə müqayisədə 14 faiz artmışdır.

Rayonda əhalininməşğulluğunun təmin edilməsi, yeni iş yerlərinin yaranması, sosial müdafiə məsələləridə daim diqqətdə saxlanılır. Rayonda ötən il 317-si daimi olmaqla, 2893 yeni işyeri yaradılmışdır. Kənd təsərrüfatı bitkilərinin əkini ilə əlaqədar əlavə olaraq5253 nəfər müvəqqəti və mövsümi işlə təmin edilmişdir.

(ardı növbəti sayımızda)

Məzahir ƏHMƏDZADƏ