"Yeni qanun layihəsində "erkən evlilik” ayrıca anlayış kimi verilir" - Komitə sədri
“Qanun layihəsindəki yenilik uşaqlara qarşı zorakılıq halları, onların aşkarlanması və zorakılığa məruz qalmış uşağın reabilitasiyası ilə bağlıdır”.
Adalet.az xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında yeni hazırlanan “Uşaq hüquqları” haqqında” qanun layihəsinin müzakirəsi zamanı komitə sədri Hicra Hüseynova deyib.
O bildirib ki, əsas məqsəd prosedurların daha təkmil olmasından və qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin əlaqələndirilməsindən ibarətdir: "Mövcud qanundan fərqli olaraq, yeni qanun layihəsində "erkən evlilik” ayrıca anlayış kimi verilir, konkret hüquqi məsuliyyət yaradır. Çətin həyat şəraitində olan uşaqlarla bağlı aşkarlanma mexanizmi, təcili tədbirlər, ilkin tibbi-psixoloji yardım və repatriasiya qaydası təsbit olunur. Bu da vacib yenilikdir. Uşaq və ailə münasibətlərinə gəldikdə isə, yeni qanun layihəsinə görə, valideyn hüquqları uşağın mənafeyi ilə məhdudlaşdırılır. Dövlət yalnız lazım olduqda müdaxilə edir. Zorakılıq tam qadağan olunur".
Komitə sədri qeyd eidb ki, mövcud qanunda “Dövlət nəzarəti ümumi qeyd olunur”, lakin təqdim olunan qanun layihəsində praktiki icra üçün real alətlər müəyyən edilir: "Məlumat bankı, göstəricilər, monitorinq meyarları, Ombudsman üçün müstəqil mexanizm təsbit edilir. Beləliklə, yeni qanun layihəsində uşaq hüquqları deklarativ xarakter daşımır, eyni zamanda, uşaqların real müdafiəsini və icrasını təmin edir. Bu sənəd beynəlxalq hüquqi öhdəliklərə tam uyğundur. Və uşaq hüquqları sahəsində sistemli, mexanizm əsaslı və icraedici normativ hüquqi baza yaradır”.
Digər Xəbərlər
26 Mart 2026 11:23
İlham Əliyev Banqladeş Prezidentini təbrik edib
26 Mart 2026 11:16
“Paşinyan ağıllansa da, Sarkisyan və Köçəryan...” – Politoloq
25 Mart 2026 20:19
"Ermənistan və Azərbaycan arasında sülh artıq öz etibarlılığını sübut edib" - Mirzoyan
25 Mart 2026 18:11
Sahibə Qafarova ilə görüşdə Azərbaycana təşəkkür etdi - FOTOLAR
25 Mart 2026 11:37
İlham Əliyev yunanıstanlı həmkarını təbrik etdi
25 Mart 2026 11:01
“Müharibənin daha üç il davam etməsi silah-sursat qıtlığına səbəb olacaq”
25 Mart 2026 10:07
“ABŞ-nin Tehranda dəyişə bilmədiyi rejimlə əməkdaşlığı təəcüblü deyil...”
25 Mart 2026 10:05


Bakı -°C

