adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
17 Sentyabr 2018 11:04
7054
MƏMLƏKƏT

Yeni piyada keçidləri təşkil edilib

Şəhər yollarında piyada təhlükəsizliyinin artırılması işləri davam etdirilir.

Bakı Nəqliyyat Agentliyindən Adalet.az-a verilən xəbərə görə, vətəndaş müraciətləri əsasında, mütəxəssislərin araşdırmaları nəticəsində əvvəlcədən müəyyən edilən yerlərdə yeni eynisəviyyəli piyada keçidləri təşkil edilib, yararsız halda olanlar isə yenilənib.

Qeyd olunub ki, yeni tədris ilinin başlanması ilə əlaqədar qeyd edilən işlər daha çox orta məktəb binalarının ətrafındakı yollarda həyata keçirilib: "Eynisəviyyəli piyada keçidləri təşkil edilir və yararsız halda olanların bərpası işləri mütəmadi olaraq davam etdirilir" - deyə, məlumatda qeyd olunub.