Yeni iPhone telefonlarının satışları gözləntiləri doğrultmayıb
ABŞ-ın Apple şirkəti iPhone telefonlarının son 3 modelini – iPhone XS, XS Max və XR istehsalını 10% azaltmağı planlaşdırır.
Ümumilikdə, il ərzində 47-48 milyon ədəd iPhone istehsalı nəzərdə tutulsa da, proqnozlar 40-43 milyona qədər azaldılıb.
iPhone şirkəti bu barədə xəbərləri şərh etməsə də, ötən həftə Apple-ın prezidenti Tim Kuk Çinlə ABŞ arasında ticarət müharibəsinin davamını və yeni iPhone telefonlarının inkişaf etməkdə olan ölkələrin bazarlarında zəif satılmasını şirkət üçün təhlükə adlandırmışdı.