Yeni ədliyyə naziri kimdir? - DOSYE
Xəbər verdiyimiz kimi, Fərid Əhmədov Azərbaycan Respublikasının ədliyyə naziri təyin edilib.
Adalet.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Yeni ədliyyə naziri kimdir?
Adalet.az F.Əhmədovun dosyesini təqdim edir.
Fəris Əhmədov 1979-cu ildə Bakı şəhərində anadan olub.
2000-ci ildə Bakı Dövlət Universitetində hüquqşünaslıq ixtisası üzrə bakalavr təhsilini bitirib. 2002-ci ildə Beynəlxalq hüquq üzrə magistr təhsilini bitirib.
2003-cü ildə “Chevening” təqaüdçüsü olaraq İngiltərənin Esseks Universitetində beynəlxalq insan hüquqları ixtisası üzrə magistr dərəcəsi alıb.
2009-cu ildə Doktorantura pilləsi üzrə təhsilini almaq məqsədilə İngiltərənin Oksford Universitetinə “Weidenfeld” təqaüdçüsü olaraq daxil olub.
2016-cı ildə Oksford Universitetinin hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb.
2006-2007-ci illdərdə Milli Məclis Aparatının İnzibati və Hərbi qanunvericilik şöbəsində məsləhətçi vəzifəsində çalışıb.
2015-2017-ci illərdə “Azərbaycan” Universitetinin rektoru olub.
2017-2020-ci illərdə “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-də baş direktorun müavini vəzifəsində çalışıb.
2021-ci ildə nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müşaviri olub.
Ədliyyə naziri vəzifəsinə təyin edilənə qədər rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini vəzifəsində çalışıb.
Digər Xəbərlər
14 Sentyabr 2026 13:54
“AzerGold” və “Kyrgyzaltyn” şirkətləri əməkdaşlıq perspektivlərini müzakirə ediblər - FOTOLAR
14 Sentyabr 2026 13:44
Bir həftədə 1348 hektardan çox ərazi minalardan təmizləndi
14 Sentyabr 2026 13:18
Rəşad Həsənova yüksək vəzifə verildi
14 Sentyabr 2026 12:59
Bakı metrosunda intervallar azaldılır - Sabahdan
14 Sentyabr 2026 12:01
Bulvar ərazisində suyun səthi neft ləkələri və tullantılardan təmizlənir
14 Sentyabr 2026 11:31
Külək 8 balı keçərsə, bu işlər dayandırılacaq
14 Sentyabr 2026 11:30
Azərbaycanda onların iş vaxtı artırılır
14 Sentyabr 2026 11:18


Bakı -°C

