adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
24 May 2016 23:36
4349
SİYASƏT

Yeni baş nazir Avropa-Türkiyə əlaqələrinin inkişafından narazıdır

Türkiyənin yeni Baş naziri Binəli Yıldırım ölkə parlamenti qarşısında hökümətin xarici siyəsət proqramını açıqlayıb, Adalet.az Reuters-ə istinadən xəbər verir.

Yıldırımın sözlərinə görə, rəsmi Ankara bundan sonra da Avropa İttifaqına üzv olmaq üçün səylərini davam etdirəcək, baxmayaraq ki, Avropa-Türkiyə əlaqələrinin inkişafından narazıdır.

Baş nazir bildirib ki, Türkiyə BMT-nin Kipr böhranı üzrə səylərini dəstəkləyir.

Rusiya ilə münasibətlərə toxunan Yıldırım qeyd edib ki, rəsmi Ankara "Rusiya ilə əlaqələrin dialoq vasitəsi ilə normallaşmasına” töhfə verəcək.

Bundan əlavə, Yıldırım İranla "ticarət, energetika, nəqliyyat və turizm sahələrində” əməkdaşlığın möhləmləndirilməsinə söz verib.

Rüfət SOLTAN