adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
27 May 2015 15:01
4737
MƏMLƏKƏT

Yeni ATS-lər istifadəyə verildi

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Bakı Telefon Rabitəsi İstehsalat Birliyi (Baktelekom) 28 May Respublika günü münasibətilə yeni ATS-lər istifadəyə verib. Nazirliyin mətbuat xidmətindən verilən xəbərə görə, Binəqədi qəsəbəsinin yeni salınmış yaşayış məhəlləsinin sakinləri üçün ən müasir, bütün telekommunikasiya xidmətlərinin istifadəçilərə çatdırılması imkanlarına malik 1888 abunə tutumu və 256 internet tutumu olan yeni ATS istifadəyə verilib.

Bununla yanaşı, Yeni Zığ qəsəbəsində abunə tutumu 1888 və internet tutumu 928 port, Yeni Balaxanı qəsəbəsində abunə tutumu 1888 nömrə, internet tutumu 416 port və Nizami rayonunun Q.Qarayev yaşayış massivi sakinləri üçün isə abunə tutumu 1888 nömrə və internet tutumu 384 port olan NGN tipli ATS-lər quraşdırılıb.

Onu da qeyd edək ki, ilk Avropa Oyunlarını yüksək keyfiyyətli və müasir telekommunikasiya xidmətləri ilə təmin etmək üçün isə Bakı Telefon Rabitəsi İstehsalat Birliyi tərəfindən 100 km-dən artıq kabel-kanalizasiya qurğuları tikilib, 250 km-dən çox kabel çəkilib.