adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
11 Aprel 2017 14:45
5131
MƏMLƏKƏT

YENƏ NARAZILIQLAR VAR…

Biz Bakının 20-ci Yaşayışsahəsindən Ələtə gedən 195 saylı marşrutla bağlı dəfələrlə tənqidi yazılar qələməalmışıq və həmin tənqidi yazılarda qeyd etmişik ki, bu marşrutlarda tez-tez hərəkətqrafiki pozulur, avtobuslar dayanacaqlara vaxtında çatmır. Hətta 20-ci sahədə avtobusgözləyən sərnişinlər bəzən 15 dəqiqə əvəzinə, yarım saat vaxt itirməli olurlar.Gözləyirlər ki, bəlkə avtobus gəldi, onlar da əyləşib rahat mənzilbaşına getdilər.

Ancaq sərnişinlərin sevincləriheç də uzun çəkmir. Yəni onlar çox nadir hallarda avtobusların dayanacaqlara vaxtındaçatdığını görərlər. Düz 1 ildən çoxdur ki, bu marşrutda hələ də qayda-qanun yaradılmayıbvə sərnişinlərin təhlükəsizliyi üçün lazımi tədbirlər vaxtında həyata keçirilməyib.Təbii ki, bu cür mövcud nöqsanların davam etməsi istər-istəməz sərnişinləri narahatetməyə bilməz.

Əvvəllər bu marşrutda vəziyyətdaha acınacaqlı idi. Belə ki, avtobuslar dayanacağa 40-45 dəqiqədən və bəzən də1 saatdan sonra gəlib çıxırdı. Üstəlik də həmin marşrutda işləyən avtobusların əksəriyyətiköhnə idi və texniki cəhətdən lazımi tələblərə cavab vermirdi. Məhz bu mövcud nöqsanlaragörə həmin marşrut sahibkarın əlindən alınaraq bir müddətdir ki, digər sahibkaraverilib.

İnsaf naminə deməliyik ki,indi xəttə buraxılan avtobuslar əvvəlkilərlə müqayisədə texniki tələblərə cavabverir, oturacaqlar normaldır və qış aylarında demək olar ki, maşınların istiliksistemləri də pis-yaxşı işləyir. Bununlayanaşı, avtobuslarda səliqə-səhman və xüsusi bir nəzarət də var. Bunlar hamısımüsbət qiymətləndirilir.

Təəssüflə qeyd etməliyikki, bu cür müsbət fəaliyyətlə yanaşı, həmin marşrutda kifayət qədər nöqsanlar damövcuddur. Elə biz də bu nöqsanları qeyd eləmək istəyirik ki, sahibkar və sürücülərçatışmazlıqları aradan qaldırsın və sərnişinlərə daha yaxşı xidmət göstərsinlər.

İndi keçək əsas mətləbə, yəni bu marşrutda işləyənavtobusların qrafikə uyğun hərəkətinə. Birincisi, həmin avtobuslar 20-ci yaşayışsahəsində həddindən çox ləngiyir. Biz həmin dayanacaqda olarkən yola düşməli olanavtobusun sürücüsü dispeçerin göstərişinə əməl etməyərək ləngiyirdi. Hətta dispeçerbir qədər əsəbləşdi və bundan sonra sürücü avtobusu işə saldı. Amma 10-15 metr getməmişdi,yenə avtobusu saxladı və sərnişin yığmağa başladı. Hansı ki, dispeçerlə onun arasında10-15 metr məsafə vardı. Dispeçer yenidən uzaqdan qışqırdı və sürücü heç nə eşitməyirmişkimi hərəkət edirdi. Elə burda da nə az, nə çox 3-4 dəqiqə ləngidi. Salonda sərnişinlərinnarazılığından sonra birtəhər qapını bağladı və yenidən maşını işə saldı.

Sahil qəsəbəsinə çatandaisə yaşlı qadınlar çox çətinliklə özlərini avtobusun salonuna sala bildilər.60-70 yaş arasında olan bir qadın gileyləndi ki, ay oğul, düz 40 dəqiqədən çoxduravtobusu gözləyirik gəlib çıxmaq bilmir. Hansı ki, sizin üstünüzdə başqa marşrutdaişləyən avtobusun ikisi gəlib gedib, siz isə gəlmək bilmirsiniz. Gözümüzün köküsaralıb e, sizi gözləməkdən.

Sürücü isə heç bir söz demədi.Ancaq mən onunla söhbət edəndə bildirdi ki, qardaş, heç kəs bu avtobuslarda sürücüişləmək istəmir. Çünki avtobusu minən azdır, heç xərcini belə çıxarmaq olmur. Neçəsürücü gəlib gedib, görüb ki, planı verə bilmir, dolanmağı bacarmır işi atıb qaçır. Elə mənim özüm də can dərdi, can harayı gəlib gedirəm. Vallah,babat bir iş tapsam, günü sabah burdan başımı götürüb gedərəm. Amma neyləyim, Allahəlacımı kəsib. Bir tikə çörək üçün məcburam ki, həm müdriyyətin, həm də sərnişinlərinacı sözlərini götürüm.

Gərək sahibkar da sürücüüçün normal şərait yaratsın. Başqa sözlə demiş olsaq, onu dolandırsın. Sürücü dolanmayanda,çörəkpulu qazanmayanda istər-istəməz hər şeyə barmaqarası yanaşır. Yəni o düşünürki, onsuz da mənim işimə qiymət verən yoxdur. Özümü öldürsəm də fərqi yoxdur. Eləyaxşısı budur hər şeyi yola verim.

Göründüyü kimi, 20-ci sahədənƏlət qəsəbəsinə hərəkət edən 195 nömrəli marşrutda heç də vəziyyət ürəkaçan və sevindiricideyildir. Ən azından ona görə ki, hər gün bu marşrutdan istifadə edərək Ələtə gedənsərnişinlərin nələr çəkdiyini onlardan yaxşı heç kəs bilməz.

İndiki çətin iqtisadi böhranşəraitində işə getmək və işdən evə qayıtmaq üçün nə qədər vaxt itirməlisən. Təbiiki, işə də gedən adam gecikəndə və vaxtında lazımi yerə çatmayanda buna görə ona«çox sağ ol» demirlər. Yaxşı olardı ki, Bakı şəhər Nəqliyyat Agentliyi 195 nömrəli marşrutda baş verən mövcud nöqsanların aradanqaldırılmasına kömək göstərsin, öz işinə səhlankar yanaşan sahibkarı və sürücüləriməsuliyyətə cəlb eləsin.

Faiq QİSMƏTOĞLU