adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
16 May 2018 15:01
19588
DÜNYA

YAZIQ TÜRKİYƏ

SəhərTürkiyə kanallarında bir xəbər izlədim, ürəyim ağrıdı. Deməli, Suriyadan Türkiyəyərəsmi rəqəmlərə görə, 3 milyon 500 mindən artıqsuriyalı sığınıb. Qeyri-rəsmi rəqərmlərəgörə isə 4 milyon. Təkcə bir sahədəki rəqəmlərideyək . 36 milyon dəfə tibb müəssisələrinə müraciət ediblər, xəstəxanalarda yatımrəqəmi 10 milyon, 1 milyon 300 min suriyalıəməliyyat olunub, 1 milyon 300 mindən artıq suriyalı uşağa da peyvənd vurulub,276 min suriyalı uşaq da Türkiyədə doğulub.Bu son beş ilin rəqəmləridi və təkcə tibbsahəsində. Və təbii ki, hamısı da pulsuz.

Bunlarıngündə üç dəfə yemək-içməyi, məişət problemləri, təhsilləri.

Türkiyətəxminən indiyədək suriyalı qaçqınlara 35 milyard dollara yaxın pul xərcləyib.

BMTyalnız 650 milyon dollar yardıb edib, Avropa dövlətləri də yardım edəcəkləri iləbağlı sözlərinin üstündə başqa vədlər kimi,yenə durmadı.

HələTürkiyə Suriyada və İraqda terrorizmə qarşı mübarizədə neçə milyardlarla dollarxərclədiyini yazmırıq.

Və qardaş Türkiyə «yamanlığa yaxşılıq ər kişininişidi» deyib neçə illərdi sinəsini veribqabağa, Osmanlı çökəndə onu xaincəsinə arxadanxəncərləyən ərəbləri qoruyur.