adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
30 Sentyabr 2014 14:06
20167
HÜQUQ

Yazıçılar Birliyini ittiham edən üzr istəməli oldu

Dünən Nərimanov rayon məhkəməsində Azərbaycan Yazıçılar Birliyi (AYB) sədrininmüşaviri Rauf Aslanovun Ramiq Muxtara qarşı qaldırdığı iddia tələbi təminolunub. Adalet.az AYB-yə istinadən xəbər verir ki, hakim Abbas Əliyevinsədriliyilə 3 ay sürən məhkəmə çəkişməsi Ramiq Muxtarın iddialarının əsassızolduğunu sübuta yetirib, Rauf Aslanovun iddiası qismən təmin edilib. MəhkəməRamiq Muxtarın mətbuatda "Azərbaycan Yazıçılar Birliyinin sədrinin müşaviri,mənzil komissiyasının sədri Rauf Aslanovun barəsində yuxarı dövlət orqanlarınaünvanladığım şikayət ərizələrimin və kütləvi informasiya vasitələrinə verdiyimmüsahibələrimin dəlillərinin böhtan xarakterli olduğunu etiraf edir və AslanovRauf Kərim oğlundan üzr istəyirəm”- məzmunlu təkzib verməsi barədə qətnaməçıxarıb.


Xatırladaq ki, Rauf Aslanov Ramiq Muxtara qarşı şərəf və ləyaqətinin müdafiəsi,üzr istməsi, dəymiş mənəvi zərərin ödənilməsinə dair iddia tələbi irəlisürmüşdü. Ramiq Muxtar mətbuatda çıxış edərək Rauf Aslanova bir sıra şər vəböhtanlar atmış, bundan başqa şərəf və ləyaqətini alçaldan ifadələr işlətmiş,işgüzar nüfuzuna xələl gətirənittihamlar etmiş, eləcə də xüsusilə ağır cinayət törətməkdə ittiham etmişdi.