Yaxın illərdə süni zəka proqramçıları əvəz edə bilər
Növbəti 10 ildə proqramçı peşəsi əhəmiyyətli dərəcədə dəyişəcək, bir çox İT mütəxəssisləri isə yerlərini özlərinin hazırladığı proqrama təhvil vermə riski ilə üzləşəcək.
Bu barədə “RİA Novosti” İT sahəsindəki şirkətlərin nümayəndələrinə istinadən xəbər verib.
Bildirilir ki, yaxın gələcəkdə sadə işlər süni intellektlə görüləcək. Bu da proqramçıların tələbatda qalmaq üçün təhsillərinə daha çox diqqət yetirməli olacaqlarını göstərir.
Mütəxəssislər həmçinin hesab edirlər ki, yaxın 10 ildə avtomatizator və testçi ixtisası da yoxa çıxacaq. “Front end” və “Back end” tərtibatçılarını isə bir mütəxəssis - “full stack” əvəz edəcək.
Digər Xəbərlər
26 Aprel 2024 15:45
Azərbaycanda genişzolaqlı internetin sürəti 38% artıb
25 Aprel 2024 17:44"Bakcell" ilə innovasiya dövrü başlayır - FOTO
25 Aprel 2024 17:38"Bakcell" Şuşada mağaza açacaq
23 Aprel 2024 19:13“WhatsApp”da artıq böyük fayllar göndərilə bilər
23 Aprel 2024 16:15