“Yaşım imkan versəydi, “Səni deyirlər”i oynayardım” - Deputat
Son günlər sosial şəbəkələrdə əsas müzakirələr "Səni deyirlər” mahnısı üzərində qurulub. İnsanlar bu mahnının sədaları altında rəqs edir, həmin görüntüləri sosial mediada yayırlar. Cənubi Azərbaycanda yaşayan soydaşlarımıza dəstək məqsədilə başladılan kampaniya geniş vüsət alıb.
Adalet.az xəbər verir ki, millət vəkili Aqil Abbas AzVision.az-a açıqlamasında "Səni deyirlər” mahnısı ilə başladılan kampaniyanı dəstəklədiyini deyib. Deputat bildirib ki, çəkilən videolar soydaşlarımızın İrandakı yasaqlara qarşı etirazıdır.
"İranda müəyyən yasaqlar var. Cənublu soydaşlarımz isə saz mahnısına oynayıb, öz etirazlarını bildiriblər. Yəni "yasaqlara uymayıb oynaya bilərik” deyirlər. Sümüyə düşən mahnıdır. Bizimkilər də oynayaraq onlara dəstək olurlar. Lakin bunun əleyhinə danışanlar da, mahnıya primitiv deyənlər var. Bunlar Üzeyir Hacıbəyovun, Tofiq Quliyevin, Cahangir Cahangirovun mahnısına qulaq asmaq istəyirlər? Kim istəmir oynamasın, oxumasın. Əleyhinə niyə danışırlar? Bu videolarla ölkə vətəndaşları soydaşlarımıza dəstək verirlər. Bunu alqışlayıram, çox gözəl hadisədir. Düzdür, mən həmin mahnını oynamamışam. Yaşım imkan versəydi, oynayardım”.
Aqil Abbasdan fərqli olaraq deputatı həmkarı Nizami Cəfərov isə "Səni deyirər”i eşitmədiyini və videolara baxmadığını söyləyib: "Burada olmadığıma görə heç nədən xəbərim yoxdur”.
Digər Xəbərlər
03 May 2024 23:14
Sərhədimizdəki bu kənd minalardan təmizləndi, yol açıldı
03 May 2024 21:57STM ilə “Divan Araştırma ve Eğitim Derneği” arasında memorandum imzalandı
03 May 2024 17:31İlham Əliyevdən ortamüddətli xərclərlə bağlı FƏRMAN
03 May 2024 15:51Azərbaycanın hücum təyyarələri beynəlxalq təlimdə iştirak edəcək
03 May 2024 14:52