“Yaşayan şəhid” təqdim olundu - Audio

“Accel Group” ilk yaradıcı işini - "Yaşayan şəhid" adlı layihəsini təqdim edib.
Adalet.az xəbər verir ki, əsərin söz və musiqi müəllifi Aysel Kərimdir. Dueti Xalq artistləri Nəzakət Teymurova və Zabit Nəbizadə ifa edib.
Yaradıcılıq nümunəsinin ərsəyə gəlmə səbəbi qazilərimizə psixoloji dəstək və motivasiya ötürməkdən ibarətdir. Yaxın zamanda əsərin klip çəkilişlərinə başlanılacaq.
Qeyd edək ki, Aysel Kərim Azərbaycan Bəstəkarlar İttifaqı və Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Onun rəhbəri olduğu “Accel” qrupun yaranmasında məqsəd Azərbaycan mədəniyyətinin və incəsənətinin inkişafı istiqamətində layihələr, elmi konfranslar, simpoziumlar, diskussiyalar, müsabiqələr, kütləvi tədbirlər keçirməkdir.
Digər Xəbərlər

Türkiyənin Neolitik Çatalhöyük şəhərində qadın mərkəzli cəmiyyətin olduğunu ortaya çıxdı - FOTOLAR

“Teatrın dostu” mükafatı təqdim olundu: Kukla Teatrı daha bir mövsümü uğurla başa vurdu

Türk Rivierasında heyranedici mənzərələrlə dolu unudulmaz səyahət - FOTOLAR

Hökumə Əliyevaya həsr olunan film gələn ay təqdim olunacaq

Türkiyənin turizm mərkəzi: “Akdeniz’in İncisi” - FOTOLAR

University Foundation Courses (UFC) Təhsil Mərkəzinin 11-ci buraxılış gecəsi - FOTOLAR

Bu sənəd SAXTADIR - FOTO
