Yaponiya sahillərində güclü zəlzələ oldu
Sakit okeanda, Yaponiyanın Honsü adasının şərq sahillərində 5,6 manqituda güclü zəlzələ qeydə alınıb.
Adalet.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Altay-Sayan bölməsi məlumat yayıb.
Məlumata görə, zəlzələ yerli vaxtla saat 02:29-da qeydə alınıb, episentri Kesennuma şəhərindən (Miyaqi prefekturası) 215 km cənub-şərqdə yerləşib.
Yeraltı təkanların intensivliyinə əsasən zəlzələ çox güclü qiymətləndirilir.
ABŞ-nin Geoloji Xidməti zəlzələnin maqnitudasını 5,5 bal qiymətləndirib. Amerikalı seysmoloqların məlumatına görə, zəlzələ ocağı 44,2 km dərinlikdə olub.
Digər Xəbərlər
26 Mart 2026 12:56
Türkiyənin “Salomon Cappadocia Ultra-Trail” marafonu mükafata layiq görülüb -FOTOLAR
26 Mart 2026 11:13
Türkiyənin neft tankeri dronla vurulub
26 Mart 2026 10:52
“Növbəti hədəf Laricanın yerinə yeni təyin edilən şəxs ola bilər”
26 Mart 2026 09:10


Bakı -°C

