adalet.az header logo
  • Bakı 23°C
  • USD 1.7
28 Sentyabr 2021 13:14
852
DÜNYA

Yaponiya pandemiya qadağalarını ləğv etdi

Yaponiya 1 oktyabrdan koronavirusla bağlı tədbiq edilən Fövqalafə rejimi bütün ölkə üzrə ləğv etdi.  Ekspert komitəsinin yığıncağında çıxış edən Yaponiyanın Baş naziri Esixide Suqa bəyan edib ki,  pandemiya ilə əlaqədar 30 sentyabra kimi qüvvədə olan Fövqaladə rejim rəsmi olaraq tamamilə  ləğv edilir.

Hazırda 19 profekturada davam edən fövqaladə rejim, yoluxmaların sayının azalması, tibb müəssisələrinin yükünün azalması, ağırlaşdırıcı halların sayının aşağı düşməsi imkan verir ki, 30 sentyabrdan sonra  qadağalar tam olaraq aradan qaldırılsın.
 Fövqaladə rejimin aradan qaldırılmasına baxmayaraq, rejimin tədricən yumşaldılması nəzərdə tutulub. Belə ki,  birinci ayda böyük tədbirlərdə yer tutumunun sayından aslı olaraq 50 faiz adamın iştirakına icazə veriləcək. Yəni 10 min nəfərlik tədbirdə 5 min və s.
 
Rüstəm Hacıyev