"Yağıntıların artması minatəmizləməyə mənfi təsir göstərir" - ANAMA
Minatəmizləmə fəaliyyətində də iqlim dəyişikliklərinin təsiri hiss olunur. Bizim fəaliyyətimizin spesifikasını nəzərə alaraq təhlükəsizlik səbəblərindən yağışlı günlərdə çalışa bilmirik. Son illərdə yağışların artması, sözsüz ki, bizim fəaliyyətimizə öz mənfi təsirini göstərir.
Adalet.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov deyib.
Onun sözlərinə görə, daşqınlar və sellər zamanı təmizlənmiş ərazilərin yenidən minalarla çirklənməsi halları bir neçə dəfə müşahidə olunub: "Daşqınlar zamanı minalar çay suları ilə axıb aşağı ərazilərə gətirilir və sözsüz ki, bu, bizim üçün bir həyəcan təbilidir. Biz artıq bu məsələlərə diqqət yetiririk və daşqınlardan və sellərdən sonra əraziləri əlavə olaraq tədqiq edirik, - deyə V.Süleymanov qeyd edib.
Digər Xəbərlər
07 Oktyabr 2026 14:04
Qəzənfər Abdullayev vəzifəsindən azad edildi
07 Oktyabr 2026 13:49
Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirdi - VİDEO+FOTOLAR
07 Oktyabr 2026 13:28
Pensiyaların ödəniləcəyi tarix açıqlandı
07 Oktyabr 2026 13:23
Prokurorluğa qəbul imtahanı keçiriləcək
07 Oktyabr 2026 12:33
Ekspertizanın aparılması qaydası dəyişir
07 Oktyabr 2026 12:22
Ukraynaya humanitar yardım göndərildi
07 Oktyabr 2026 12:02
Bu yollarda hərəkət məhdudlaşdırılacaq
07 Oktyabr 2026 11:43


Bakı -°C

