“İlham Əliyev “İrəvanda” – Ermənistan ekranlarından qalib liderin Qafqazı xilas çıxışı”
“Ermənistanın paytaxtı İrəvan şəhərində “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısına onlayn qatılan prezidentin səsini ilk növbədə erməni sosiumu eşitmiş oldu. 6 il əvvələ dönüb, iri ekran boyda görünən şəxsin səsindən dejavü yaşamaya bilməzdilər. Tədbirin keçirildiyi məkana doğru hay-küylə cuman, hücum edən Karapetyanın tərəfdarlarının çığırtısını böyük ekrandan səslənən Əliyevin çıxışı eşidilməz edirdi”.
Adalet.az xəbər verir ki, bunu politoloq Əziz Əlibəyli deyib.
O, bildirib ki, Azərbaycana qarşı çıxış edən, qisas hissi ilə alışıb yananlara ən böyük cavab İrəvanın ekranlarından istifadə edərək separtaçılara və onları rövnəqləndirən xarici qüvvələrə dediyi sözlərdə idi:
“Hətta həmin video-müraciətin effekti o qədər güclü idi ki, bəzi separatçı sosial media fəalları Paşinyanı Əliyevin arxasında gizlənməkdə günahlandırmağa başladılar.İrəvan ekranlarına daşınan tarixi çıxış barədə isə tamamilə fərqli düşünmək lazımdır. Əliyev müharibə missiyasını bir müddət əvvəl yekunlaşdırdı, Azərbaycanın başına suverenlik tacını qoyanda. İndi isə o bir regional lider kimi bütün QAFQAZA səslənir: Qalib liderin Qafqazı xilas çıxışı – manifestini eşidir bütün Avropa. O Avropa ki, Paşinyan qondarma soyqırımı iddialarından qaçarkən, onlar zorla erməni xalqını təkrar tarixin çarxlarının ağzına itələyərək məhvinə səbəb olmağa çalışırlar. Əliyev onlara da sözlərini çatdırdı. Əsas mesajı Qafqaz adına sülh idi və sülhün əsas düsturu kimi onun xilas edilməsini ortaya sürürdü. Əliyevin Qafqaz nitqi-deyək ona. Bu da çoxsaylı izlənən, tirajlanan və istinad edilən daha bir tarixi çıxış olacaq. Hər şeyə rəğmən, Avropada bir kabus dolaşmaqdadır. Lakin Avropada, Qafqazda isə günəş doğmağa hazırlaşır”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
15 May 2026 12:34
Prezident Qazaxıstana getdi - FOTOLAR
15 May 2026 11:58
Si Cinpinin xüsusi nümayəndəsi Azərbaycana səfər edəcək
15 May 2026 11:07
“ABŞ və Çin açıq şəkildə üz-üzə gəlmirlər...”
15 May 2026 11:04
“Bu səfər ABŞ və Çin arasında köklü dönüş yaratmayacaq...”
15 May 2026 10:47
“Nikol Paşinyan onlara həqiqəti deyir, bir gün gücü çatsa...”
14 May 2026 18:56
Sahibə Qafarova Buxarada Forumda iştirak etdi - FOTOLAR
14 May 2026 18:23
Trampın Çin səfərindən "əli dolu" dönəcəyi inandırıcı görünmür - Səxavət Məmməd yazır
14 May 2026 13:52


Bakı -°C

