“Azərbaycanın süni intellekt sahəsində ABŞ və İsraillə imzaladığı müvafiq sazişlərin...”
“İsrail istehsalı olan və Azərbaycanın İkinci Qarabağ müharibəsində geniş tətbiq etdiyi “Harop” kamikadze dronunun analoqunun Ermənistana da ixrac edildiyi barədə məlumatlar yayılıb. Ermənistanın “Davaro” şirkətiinin nümayiş etdirdiyi “Dragonfly-3” pilotsuz aparatının “Harop” dronlarına oxşarlığı vurğulanıb. Məsələ burasındadır ki, Hindistan Ermənistana müxtəlif növ hərbi texnika ixrac edir və bunların içərəsində İsrail texnologiyası ilə hazırlanan dronlar da ola bilər. Hindistanla İsrail arasında hərbi əməkdaşlıq üst səviyyədədir və bu sahədə ortaq layihələri mövcuddur”.
Adalet.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
O, bildirib ki, Azərbaycanla Hindistan İsraillə süni intellekt sahəsində də əməkdaşlığı genişləndirməyə çalışırlar:
“Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev fevralın 4-də İsrailə səfəri çərçivəsində süni intellekt sahəsində anlaşma memorandumu imzalayıb. İmzalanma mərasimində İsrailin baş naziri Benyamin Netanyahu da iştirak edib. Tədbirdə iki ölkə arasında hibertəhlükəsizlik, rəqəmsallaşma və kosmik sahədə qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb. Bu arada, Yeni Dehlidə süni intellekt mövzusunda sammit öz işinə başlayıb. Müzakirələrdə İsraili müxtəlif şirkətlər təmsil edir. Hindistan bu sahədə İsraillə əməkdaşlığını gücləndirməyə üstünlük verir. İsraildə süni intellekt sahəsində çalışan 2300 şirkət mövcuddur. Bu şirkətlər gəlirlərini artırmaq üçün İsraillə tərəfaşlıq münasibətləri olan ölkələrlə ortaq layihələr həyata keçirirlər”.
Politoloq bildirib ki, “Google” şirkətinin Hindistana 15 milyard dollarlıq yatırımı İsrail şirkətlərini də bu bazara diqqətini artırıb:
“Hindistanın informasiya texnologiyaları sahəsində 6 milyon mütəxəssisi var və onlar 180 min startap layihəsi üzərində çalışırlar. Hindistan hökuməti süni intellekt tədqiqatlarını, infrastrukturunu və sektorlar üzrə tətbiqini artırmaq üçün 1,25 milyard ABŞ dolları dəyərində beş illik plan qəbul edib. Eynilə, İsraildə də baş nazirin yanında xüsusi süni intellekt mərkəzi təsis edilib.Beləliklə, hazırda dövlətlər arasında rəqabət iqtisadiyyat və ordularının gücləri ilə yanaşı süni intellekt sahəsində əldə etdikləri uğurlarla da ölçülür. Bu baxımdan Azərbaycanın süni intellekt sahəsində ABŞ və İsraillə imzaladığı müvafiq sazişlərin həyata keçirilməsinin əhəmiyyəti böyükdür”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
17 Fevral 2026 15:28
Deputatlar 10 məsələnin müzakirəsinə toplaşacaqlar
17 Fevral 2026 15:14
"Qaradağlı faciəsi insanlığa qarşı törədilmiş ağır cinayət kimi yaddaşlarda qalacaq" - XİN
17 Fevral 2026 13:41
Ali Məclis deputatının köməkçisinin hüququ statusu yaradılır
17 Fevral 2026 13:36


Bakı -°C

