05 Sentyabr 2025 11:34
104
TEXNOLOGİYA

XRİTDX: Azərbaycana qarşı dayanmadan kiberhücumlar olur

Azərbaycana qarşı kiber hücumlar dayanmadan, daimi olur, biz bu kiberhücumları hər gün müşahidə edirik.

Adalet.az xəbər verir ki, bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Baş idarə rəisinin müavini Tural Məmmədov jurnalistlərə açıqlamasında bildirib.

T.Məmmədov deyib ki, bunların həcminin artıb azalması müəyyən dövrlərdə müşahidə olunur: "Amma normalda, DDoS hücumlarını biz gündəlik müşahidə edirik. Eyni zamanda, müəyyən fişinq hücumları olsun, elektron poçt üzərindən həyata keçirilən və ya bu günlərdə daha çox danışılan teleqram üzərindən vətəndaşların yoluxdurulması və ya məlumatların ələ keçilməsi üzrə həyata keçilmiş kiber əməliyyatları misal göstərə bilərik. Bunların hər biri tərəfimizdən daima monitorinq olunur və daha əhəmiyyətli kiber hücumlar müşahidə olunanda onlara xüsusi qruplar ayırılaraq onların araşdırılması, tətqiqi həyata keçirilir və təbii ki, əldə edilmiş nəticələrdə müəyyən qurumlarla bölüşdürülməklə bu kiber hücumu təşkil edən tərəflərin aşkarlanması və sair istiqamətində fəaliyyət həyata keçirilir".