29 Iyun 2018 11:18
33778
MARAQLI

Xristianlığın qadağan etdiyi peşələr

Adətən İslam dinini qadağalar dini hesab edirlər. Bəlkə də bəzidaşıyıcıları sayəsində ən çox diqqət mərkəzinə düşdüyündən belədir. Hər haldaİslam dininin yasaqları ən çox müzakirə olunan mövzular siyahısındadır. Əslindəbütün səmavi dinlər arasında soğan qabığı qədər fərqin olduğunu da yaxşıbilirik. Təkallahlı dinlərin məramı və tövsiyələri bir-birinə çox yaxındır.Amma bilmək istərdinizmi dindaşlarını sərbəst, öz kefində zənn etdiyimizxristianlıqda hansı peşələr qadağandır?

Rəqqaslıq və aktyorluq – ən çox yasaqlanan peşələrdəndir. Halbuki ən çoxda xristian dünyasında bu sənət sahibləri şöhrətin zirvəsindədirlər. Rəqqas vəaktyorun insanları əyləndirdiyi, onların qarşısında açıq-saçıq paltarlarda,müxtəlif pozalarda çıxış etdiyini nəzərə alaraq xristianlıq bu peşəni qadağanedir.

Kazino işçiləri – bu, hər halda bütün dinlərdə yasaq sayılar. Qumar,pul oyunlarını, insanların aldadılmasını nə təkallahlı, nə də çoxallahlı dinlərqəbul edir.

Tütün və spirtli içki satıcıları – baxmayaraq ki, xristian ölkələrində spirt qəbuludaha çox faiz təşkil edir, bu din pulunu spirtdən qazananları sevmir.

Müxtəlif separatçı təriqətlər və pornoqrafik içəriklikitab, jurnal satıcıları– əslində bunu şərh etməyə ehtiyac yoxdur. İnsanlar arasına ayrı-seçkiliksalan, onları yolundan edən, nikahdankənar münasibətlərə yönəldən bu peşəsahiblərinin niyə din tərəfindən bəyənilməməsi özü özünü izah edir.

Həkim ginekoloq – qəribə səslənsə də xristianlıq bu peşəni sevmir.Abort öz yerində, heç bir din insan ölümünü qəbul etməz. Amma xristianlıq həmçininbu sahədə kişilərin işləməsini istəmir.

Bərbərlik – bu da oxucunu təəccübləndirəcək. Amma bərbərlikinsanın saç-saqqalının səliqəyə salınması ilə yanaşı, həm də gözəlləşdirməsi iləbağlıdır. İnsanın olduğundan daha gözəl görünməsini isə xristianlıq təkəbbür vəşeytanilik hesab edir.

Şəfiqə ŞƏFA