adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
06 Avqust 2019 14:58
57110
GÜNDƏM

Xor görülən “Şah İsmayıl ordeni”ndən oğurlanan “Tomris” filminə: tariximiz, cəmiyyətimiz və münasibətimiz

Buyaxınlarda fraqmentləri yayımlanan Akan Satayevin rejissorluğu ilə çəkilmiş,ssenaristi tarixçi Timur Jaksılıkov olan "Tomris” filminin tarixi təhriflər əsasındaçəkilməsi təəssüf doğurucu haldır. Bu hadisədə tək sevinəcəyim hal Tomrisin birTürk qızı olaraq təqdim olunmasıdır. İlk baxışdan Azərbaycan tarixinin daha biroğurlanmış parçası əsasında çəkilən "Tomris” filmi ilə "Şah İsmayıl ordeni”arasında heç bir məntiqi əlaqənin mövcudluğu görsənmir. Lakin istər tarixiolsun, istərsə də siyasi, müəyyən bir proses, digər birinin baş verməsindəbirbaşa olmasa da dolayı yolla rol oynadığı gerçəyini də göz ardı etmək olmaz. Birhadisə baş veribsə bu indi yaranmağa başlamış bir proses deyil və bunun daxilivə xarici olmaqla bir çox tarixi, siyası, ictimai səbəbləri mövcuddur. İlk öncəonu vurğulamağı vacib hesab edirik ki, bu məqalənin yazılmasında əsas məqsədimizhansısa sosial şəbəkə statusuna cavab vermək deyil. Çünki, professionaltarixçilikdə o halda hər hansı bir reaksiya verilir və opponent fikir söylənilirki, o ciddi, ilkin qaynaqlar əsasında hazırlananaraq, müqayisəli təhlilüsulundan istifadə olunmuş və yeniliklərlə zəngin bir fikir olsun. Hazırdatariximiz üçün daha əhəmiyyətli hesab etdiyimiz bir sıra məsələlər mövcuddurki, əsas diqqət ona yönəldilməlidir. Bunlardan da biri Azərbaycan tarixinin təhrifolunması və ya oğurlanmasıdır. Bunun bir çox səbəbləri mövcuddur.

Cəmiyyətimizdəkifikirlər və tarixçiliyə qeyri-ciddi yanaşma

İstərdövlət məmuru olsun, istər adicə bir fəhlə, hər kəs bu cəmiyyətin üzvüdür vəonların istənilən mövzuda müvafiq sərbəst fikri mövcuddur. Söylənilən hər birfikrə o fikir yanlış olsa belə hörmətlə yanaşmaq lazımdır. Bir fikir həqiqəti əksetdirən digər fikirlərlə bir dəfə tərs mütənasib ola bilər. Hətta bu iki dəfə dətəkrarlana bilər. Lakin, bu hal daimi davam edirsə və həqiqətə uyğun deyilsədemək ki, bu ya hansısa bir qüvvələrin propaqandasıdır, ya da qeyri-peşəkarlıqdır.İstərdik ki, niyə xor görülən "Şah İsmayıl ordeni” fonunda Şah İsmayıl, şiəlikvə Qızılbaşlıq məsələlərinə bir azca toxunaq. "Tomris” filmi ilə nə əlaqəsi deyəsoruşmaq zərurəti hiss etdinizsə, onu vurğulayım ki, bəzi insanlar cəmiyyətdəfikir formalaşdırmaqda qismən təsir edici olur - onlar qeyri-peşəkar olsalarda. Çünki, cəmiyyətdə tarixi hadisələr və proseslər yanlış təfəkkür edilərsə, gələcəkdətariximizin ayrılmaz hissəsi olan Tomris və Massaget tarixi kimioğurlanacaqdır. Yəni ki, sabah Şah İsmayıl və Qızılbaşlığın mərkəzinin OrtaAsiya olduğunu göstərən daha bir bədii filmin istehsalı bizi təəccübləndirməyəcək."Yeməyənin malını yeyərlər” – demiş atalarımız, insan biganəliyinin göstərməküçün. İndi qızılbaşlığı pisləyən tarixdən uzaq insanların mövcud olması kimi,Sovetlər Birliyi zamanında da kommunizm ideologiyasının dəyirmanına su tökən,massagetlərin və iskitlərin fars mənşəli olması fikrini dəstəkləyən insanlar yoxdeyildi və zənnimizcə bu hal daim var olacaq, kiminsə dəyirmanına su tökmək vəkiminsə yolunun daşını təmizləmək kimi. Bu qrupa daxili proseslərə biganəqalaraq onları görməzdən gələn, təsirində olduğu ölkələrin gündəmi iləyaşayanlar və onu azərbaycanlılara təbliğ edənlər də daxildir.

Azərbaycantarixçiliyinin iki əsas problemi var: 1. Birinin digərinin fikrini əsaslı və yaəsassız qəbul etməməsi və nəticədə vahid fikrin formalaşmaması; 2. Əksərhallarda tarixçilərin susması və tarixlə əlaqəsi olmayanların tarixdən"professionalmış" kimi danışması; Məqaləmizdə ana xəttimiz tarixolduğu üçün bir neçə kəlimə də tarixçilik haqqında deməyi zəruri hesab edirik. Bütünuniversitetlərdə Tarix fakültəsi birinci kursda "Mənbəşünaslıq” və"Tarixşünaslıq” fənləri tədris olunur ki, burda da əlimizdə mövcud olan xammaterialla necə davranmalı olmağımızı öyrənirik. Qısaca izah edərsək, aşağıdakıməsələlər tarixçi üçün vacibdir: mənbə nə zaman və hansı şəraitdə yaranıb; ilkinavtoqraf nüsxədirmi; əsərin necə təshih versiyası var; onlardan hansı naqis olabilər; tərcümələrin transfoneliterasiyalardan fərqi nədir və bu yaradacağımız fikrənecə təsir edir. Adicə istinadın verilməsinin belə müxtəlif qaydaları vardır. Göründüyüki, tarix hər hansı bir məlumatın eşidilməsi və ya hansısa bir monoqrafiyadanoxunması və anında cəmiyyətə çatdırılması qədər bəsit bir elm sahəsi deyil. Əgərsiz birinci kurs tarix fakültəsində az öncə bəhs olunan kursları keçməmisinizsə,demək ki, sizin tarixi hadisələr və şəxsiyyətlər haqqında söylədiyiniz fikrinizində heç bir əsası yoxdur və fikriniz də qeyri – peşəkar söz yığınından ibarətbir mətndir. Çox təəssüflər olsun ki, indi hər kəs Azərbaycan tarixindəndanışır, aidiyyəti olan da, olmayan da. Və yazıqlar olsun ki, çoxları daonların fikirlərini Quran ayəsiymiş kimi qəbul edir, inanırlar. Təsəvvüryaransın deyə bir misal çəkmə ehtiyacı duyduq. Mühəndis düşünün, ürək qan-damarxəstəliklərinin patoloji anatomiyasından danışır. Bu cəmiyyətimiz üçün nə qədərzərərli ola bilirsə, tarixə aidiyyəti olmayanların tarixdən danışması da bir oqədər zərərli, qeyri-peşəkar və lüzumsuzdur.

Xorgörülən Şah İsmayıla əsl tarixçi baxışı

Şahİsmayil və Qızılbaş ideologiyasına gəlincə ilkin qaynaqlardan heç bir sitat gətirməehtiyacı duymuruq. Ona görə ki, məqaləmizin məqsədi başqadır və Qızılbaşlıqlabağlı baş verənlər məqalənin ümumi məqsədinin yaranma səbəblərindən biridir. Məhzo səbəbdən bu məsələyə ötəri toxunmaqla kifayətləndik. Sufi-Dərviş cəmiyyəti,Qızılbaşlıq ideologiyası və şah I İsmayıl haqqında hər hansı bir fikir söyləməküçün bir sıra faktorlardan xəbərdar olmaq labüddür. Məsələn, Sufizm, hürufizm vəəxilik arasında nə qədər oxşarlıq və fərqlilik vardır? İslamın təməl məzhəblərindənbiri olan Şiəliyin hansı qolu bu saydığımız islami cərəyanlarla qarışdı. Sufi-Dərvişcəmiyyətinin Qızılbaşlıq elementləri müxtəlif dövrlərdə nə qədər üstünlük təşkiletdi və niyə? Sufi – Dərviş cəmiyyətində nə zaman siyasiləşmə başladı və niyə?Niyə Sufi-Dərviş cəmiyyətində Sünnilik deyil Şiəlik meylləri oldu və bu təsir nəqədər oldu? İslam fiqhində bu məsələlər hansı vəziyyətdədir? Bəli. Bu suallaracavab vermədən Şah İsmayıla hansı haqla münasibət bildirilir, anlam verməkdə çətinlikçəkdiyimizi etiraf etməyə məcburuq. Bu suallara cavab vermək ən azı 10 illik tədqiqat,ərəb və fars dillərini bilərək həmin dilli ədəbiyyatlardan istifadə, Quranıbilməklə bir necə cildlik kitab yazmaqdır. Bu istiqamətdə tədqiqat aparmışalimlərin fikirləri ilkin qaynaqlara müraciət etmə zərurətini ortadan qaldırır.Şah I İsmayıl haqqında ən dəyərli fikirlər Nyu-York Elmlər Akademiyasının üzvü,Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü və baza təhsili tarix olanAkademik Ramiz Mehdiyevə məxsusdur. Müəllif "Tarixi idrakın elmiliyi problemlərinədair” adlı araşdırmasında yazır: "Bəli, Şah İsmayıl Azərbaycan türklərinin dövlətiniyaratmışdır. Mənim fikrimcə, bu, onun tarixi fəaliyyətinin zirvəsidir. Şahİsmayılın siyasi bioqrafiyasının bu cəhəti tarixi baxımdan bizim üçün dahamühüm, daha əhəmiyyətlidir, çünki Azərbaycan türklərinin müstəqil etnik elementkimi ümumi oğuz massivindən ayrılması həmin dövrdən başlanır.” (1, s. 11). AzərbaycanSəfəvi dövlətinin etnik mənşəyi, Sufi-Dərviş cəmiyyəti, xəlifətül-xüləfainstitutu haqqında müasir Azərbaycan tarixçiliyinin yeganə səfəvişünas alimiolan Prof. Dr. Zabil Bayramlının (bir çoxlarından fərqli olaraq o hərşeyşünaslıqladeyil, sadəcə Səfəvi tarixinin tədqiqi ilə məşğuldur) tədqiqatlarını xüsusivurğulamaq lazımdır (2; 3). Müəllif "AzərbaycanSəfəvi dövlətinin quruluşu və idarə olunmasında türk qızılbaş əyanlarının rolu” adlı əsərindəMəhəmməd Yusif Qəzviniyə istinadən yazır: "Şərur döyüşündən sonra İsmayıldarossəltəne-ye (paytaxt, mərkəz) Təbrizə üz tutdu və Azərbaycan şahlıq taxtına(təxte səltənete Azərbaycan) oturdu. Bütün Azərbaycan məmləkətində (dər təmam məmləkət-eAzərbaycan) onun adına xütbə oxundu, dinar və dirhəm zərb edildi” Əlavə şərhə ehtiyac olmayan bu parçadan aydınolur ki, Səfəvilər hansı coğrafi ərazidə yaranmışdır (2, s. 31). Şiəlik və onunSufi-Dərviş cəmiyyətindəki təsirləri, ümumiyyətlə qızılbaşlıq haqqında ən dəyərlifikirlər hələ ilkin addımlarını yeni atmağa başlamış və müdafiə ərəfəsində olangənc tədqiqatçı Günel Rəhimlinin araşdırmalarında daha geniş və akademik şəkildəəks olunmaqdadır (4). Bu haqda söz demək istəyən ilkin qaynaqlara baxmasa daolar, o sadəcə ən azında bu kimi tədqiqatlara baxaraq fikir formalaşdırıb, birfikir irəli sürsə cəmiyyətimizə də xeyir vermiş olar. Oxumağı sevməyən, havadandanışan bir cəmiyyət olmasaq, tariximizdə Massaget tarixinə bənzər oğurluqhalları da olmaz.

Müasirkino sənayemiz və tariximiz

İlköncə onu vurğulamaq istərdim ki, dünyanın nadir ölkələrindənik ki, buradakinonun inkişafina prezident tərəfindən maliyyə ayrılır. Prezidentimiz cənabİlham Əliyev demək olar ki, daim bu məsələni diqqətdə saxlayır (Bax: Keçid 1.).Heç şübhəsiz ki, filmlər və seriallar da çəkilir. Hətta ictimai televiziya"Qarabağnamələr” adlı serial da çəkib (Keçid 2). Əsəri nəzərdən keçirəndə aydınolur ki, ssenaristlərdən heç biri tarixçi deyil. Məhz ona görədir ki, Ağa MəhəmmədQacarın əsgərləri farsca danışır. Halbuki, Qacarlar dövlətinin ilkin illərindəordu Qızılbaş ordusu idi. Bu kimi faktları sadalamaqla bitməz. Hazırda bəhsetdiyimiz "Tomris” filminin ssenaristi tarixçidir və bunu da fikirlərinizin birtərəfində saxlayın. Təəssüf ki, digər bir tarixi seralımız yoxdur. Müasir Azərbaycankino sənayesində isə sadəcə komediya, azacıq dram və qorxu filmlərininmövcudluğunu müşahidə edirik. Müharibə şəraitində olan və zəngin tarixə malikbir ölkədə tarixi filmlərin çəkilməməsi və buna cəmiyyətin marağının olmamasıtariximizin oğurlanmasının başlıca səbəblərindən biridir. Barmaqla sayılacaq qədərkeyfiyyətsiz çəkilmiş tarixi filmlərə gəldikdə isə ya tarixi tam əks etdirmir,ya aktyor işi zəifdir, ya da qrafik cəhətdən keyfiyyətsizdir və ya dilnormalarına cavab vermir. ABŞ daxil olmaqla bütün ölkələrdə dövlət siyasətinin əsassilahlarından olan kinonun inkişafının zəruriliyinin əyarını daha necə göstərməkolar. "Tomris” adına gəlincə, onu xatırladaq ki, demək olar ki, Azərbaycanxaric heç bir yerdə (bəlkə Türkiyədə olar) valideynlər öz övladlarına Tomrisadını bu qədər çox qoymurlar. Xalq o vaxt övladına qəhrəmanının adı qoyur ki,onun həyatında mühüm rol oynamış olsun. Ona yad olan bir qəhrəmanın adını birinsan öz övladına qoyaraq onu yaşatmaz. Təbii, dini inanca dayanan adlaristisnalıq təşkil edir. Bu etnoqrafik metod ilkin bir sübutdur ki, Tomris hansıbölgənin qəhrəmanıdır. Tomris obrazı Maestro Niyazının "Rast” baletinin əsas qəhrəmanıdır(Bax: Keçid 3). Hətta, Bakı Bələdiyyə Teatrının hazırladığı və baş rolunu mərhumAmaliya Pənahovanın oynadığı "Tomris” tamaşası da səhnələşdirilmişdir (Bax:Keçid 4). Qəribədir Azərbaycanda bütün bu işlər görülərkən Qazaxıstanda niyəTomris xatırlanmırdı?!

İlkintarixi qaynaqlarda Massagetlər və Tomris.

Dünyatarixşünaslığı, eləcə də Rusiya tarixşünaslığı Azərbaycan tarixinin müxtəlifdövrlərinə ikili münasibət göstərərək qeyri-peşəkarcasına yanaşırlar. Bunlardanbirincisi Azərbaycan ərazilərinin Persiya ərazisi kimi göstərilməsi, ikincisiisə mədəniyyətimizin Persiya mədəniyyətinin bir parçası kimi təqdimolunmasıdır. Onların bu davranışlarını heç bir akademik fikirlə izah etməkmümkün deyildir. Bu fikirlər Massaget çarlığının tarixindən də yan keçməmişdir.İlkin qaynaqlardakı aydın faktlara rəğmən onlar Massagetləri, iskitlər kimifars adlandırmış və onların Mərkəzi Asiyada yaşadığını iddia etmişdilər. İlköncə Massagetlərin fars olub olmamasına aydınlıq gətirək. Herodot yazır ki,Massagetlər İskitlərə bənzəyirlər, atı qurban edirlər, mahir at çapardırlar, atəti yeyirlər, bununla bərabər balıqçılıqla da məşğuldurlar və Arazdan balıqovalayırlar (9, s. 2267-272). Tarixdə mahir at çaparlar olan və at məhsullarıilə qidalanan yeganə millət Türklərdir. Bu fikri təsdiqləyən Prokopis erkənorta əsrlərdən etibarən Massagetlərin artıq özlərini Hunlar adlandırdığınıyazır (11, s. 15).

İndiisə onların harada yaşaması ilə bağlı mübahisə doğuran məqamlara diqqət yetirək.Massagetlərin Orta Asiyada yaşaması fikrinin yaranmasının əsas səbəbi Herodotuningiliscə çapının düzgün anlaşılmamasıdır. Halbuki, orijinala yaxın tərcümələrədiqqət yetirdikdə belə məlum olur ki, Massagetlər Xəzər dənizinin şərqindəkidüzənliklərdə deyil, Qafqaz dağlarından şərqə tərəfdəki düzənlikdə yaşayırlar(9, s. 257). Çox güman ki, müəllif indiki Samur çayında Araz çayına qədəruzanan Xəzər sahili düzənliyi nəzərdə tutur. Həmçinin, müəllif Massagetləri həmişəAraz çayı ətrafında təsvir edir. Araz çayı haqqında da məlumat verən Herodotonu bərəkətli və bol balıqlı təsvir edir (9, s. 255). Bəzi qeyri-obyektiv tədqiqatçılariddia etməkdədirlər ki, Araz çayı Oks (Ceyhun və ya Amudərya da adlanır) çayıdır. Lakin, onlar unudurlar ki, bu iki adarasında heç bir fonetik oxşarlıq mövcud deyil. Və bütün ingilisdilliqaynaqlarda Araxes Araz çayını göstərmək üçün istifadə olunan sözdür. ƏgərHerodot Persiya kralı II Kuruşun (II Kir- etik cəhətdən doğru deyil və buruscadan keçmədir). Araz çayı üzərində körpü inşa etdirməsi, və Massaget çarıTomris ilə savaşması və öldürülməsi faktını yazanda (9, s. 256) başqa birçaydan bəhs etsəydi, onu başqa cür ifadə edərdi. Çünki, iki faktın – Arazçayının təsviri ilə, II Kuruşun öldürülməsi hadisəsinin təsvirinin arasında sadəcəbir səhifə fərq var. Məntiqli yanaşarsaq, niyə müəllif Qafqazdan bəhs edərkən MərkəziAsiyadakı hər hansı bir hadisəni təsvir etsin. Axı yunan ədəbiyyatları müasir tarixşünaslıqkimi hadisələrə bu cür qeyri-məntiqi yanaşmırdılar. Digər bir məsələ, müəllifAraz çayından bəhs edərkən burda çoxlu balığın olduğunu yazır, eləcə dəMassagetlərin qidalanmasında balığın əsas qidalardan biri olduğunu da qeyd edir(9, s. 255-257). Daha bir diqqət çəkici məqam II Kuruş sözü gedən Araz çayı ətrafındadaha aktivdir, burda körpü tikdirir, 40 kanal çəkdirir və s. (9, s. 255). Axı hakimiyyətiillərində II Kuruşun Oks və ya Ceyhun çayı ətrafında aktiv bir davranışınımüşahidə etmirik. Bundan başqa Ceyhun və ya Amudərya çayını Arrian Oxus kimigöstərməkdədir (10, s. 199-202). Halbuki, Arrian əsərinin başqa bir yerindəAraz çayını eyniliklə Herodotun göstərdiyi kimi Araxes kimi göstərmişdir (10,s. 177). Araxes ( və ya Arakses, Araz) hidronimini müasir dövrə qədər özündəsaxlayan yeganə coğrafi ad bizim Araz çayı deyilmi?! Yüzlərcə bu fikri təsdiqləyicifaktlar mövcuddur və onların hamısını buraya daxil etmək uzun və yorucu ola bilər.Ümumi belə bir nəticəyə gəlmək mümkündür ki, həqiqət necə olursa olsun hər kəsgörmək istədiyini görür, eşitmək istədiyini eşidir. Dünya tarixşünaslığında isəbilinməyən səbəblərdən Azərbaycana və Azərbaycan ərazisinə, onun tarixinə ikilistandartlı münasibətlər mövcuddur. Bizlər isə bu kimi əsas məsələlərlə mübarizəaparmaq yerinə ya bir-birimizlə mübarizə aparır, ya da tariximizin müxtəlifdövrlərini qeyri-peşəkarlıqla tənqid etməklə məşğuluq. Əgər bir millət özü özünədəyər verməzsə, başqası əsla ona dəyərli hiss etdirməz.

Ədəbiyyat

1. Mehdiyev R. Ə. Tarixi idrakın elmiliyiproblemlərinə dair. Bakı: "Şərq-Qərb”, 2013.

2. BayramlıZ. H. Azərbaycan Səfəvi dövlətininquruluşu və idarə olunmasındatürk qızılbaş əyanlarının rolu. Bakı,2015.

3. Bayramlı Z. H. "Silsilətün-nəsəbi Səfəviyyə”əsəri Azərbaycan tarixinin mənbəyi kimi. Bakı,2019

4. Rahimli G. Background of the Kizilbashideology // Сборник научных работ «Гилея: научный вестник». Киев, 2016, Выпуск114 (11). стр. 137-141.

5. Keçid 1:https://president.az/articles/32112

6. Keçid 2: https://www.youtube.com/watch?v=e0eMx74E23I

7. Keçid 3:https://report.az/i-ncesenet/opera-ve-balet-teatri-maestro-niyazinin-rast-baletini-numayis-etdirecek/

8. Keçid 4:https://www.youtube.com/watch?v=RJHmHOY6_vw

9. Herodotus History in Greek with anEnglish translation by A. D. Godley. In four volumes. Vol. 1. London, 1928.

10. TheAnabasis of Alexander of Arrian. Translated from Greek by E. J. Chinnock, London, 1884.

11. Procopius:History of the Warsin Greek with an English translation byH. B. Dewing. In six volumes. Vol. 3.London, 1919.