Xocalı ilə bağlı paylaşımlar trend oldu
Xocalı soyqırımının 32-ci ildönümü ilə bağlı Azərbaycanda sosial media istifadəçilərinin etdiyi paylaşımlar həm ölkə daxilində, həm də xaricdə geniş yayılaraq trendə düşüb.
Adalet.az xəbər verir ki, fevralın 25-i Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın sosial media hesablarından etdikləri paylaşımların ardınca sosial media istifadəçiləri soyqırıma dair çoxsaylı fotoşəkil, video-görüntü və məlumatlar, həm Xocalı faciəsini ilə bağlı 32 il əvvəl çəkilmiş, həm də Xocalının azad olunmasından sonra çəkilmiş görüntülər paylaşıblar. Xocalı sakinlərinin 32 ildən sonra öz doğma torpaqlarına qayıdışına həsr olunmuş hekayələr əsasında çəkilmiş reportajlar daha böyük maraqla qarşılanıb.
Birinci vitse-prezident Mehriban xanım Əliyeva Xocalı soyqırımı ilə bağlı paylaşımda #XocalıyaƏdalət həştəqindən istifadə edib.
Həmçinin ölkə başçısının Xocalıda soyqırımı memorialının təməlini qoyması və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü də sosial mediada böyük maraq doğurub. Ümumilikdə, bu mövzuda paylaşımlar Amerika Birləşmiş Ştatları, Türkiyə, Ermənistan, Rusiya, İran, Hollandiya, Almaniya, Fransa, Kanada və dogər ölkələrdə sosial media trendinə düşüb.
Digər Xəbərlər
23 Sentyabr 2026 17:07
“Həcc ziyarəti üçün qiymət artımı qaçılmazdır” - QMİ
23 Sentyabr 2026 16:38
Əfvin icrası BAŞA ÇATDI - YENİLƏNİB
23 Sentyabr 2026 15:55
Azərbaycanın istəyi ilə İrəvandakı görüş təxirə salındı - Səbəb bu imiş
23 Sentyabr 2026 15:32
Martin Ryan azadlığa buraxılıb
23 Sentyabr 2026 15:24
166 saylı marşrut avtobusundan NARAZILIQ - VİDEO
23 Sentyabr 2026 12:35
“Avtovağzal” və “Xocəsən” stansiyalarında giriş niyə pulsuz edildi? - Açıqlandı
23 Sentyabr 2026 12:32
Sabah 35 dərəcə isti olacaq
23 Sentyabr 2026 12:12


Bakı -°C

