Xızıda baş verən qəzada ölənlərin sayı 3 oldu - YENİLƏNİB
Xızıda baş vermiş ağır yol qəzasında yaralananlardan daha biri dünyasını dəyişib.
Adalet.az xəbər verir ki, bu barədə APA-ya Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasından bildirilib.
Ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən şəxs orada dünyasını dəyişib. Onun şəxsiyyəti müəyyənləşdirilir.
****
Xızının Xələfli kəndində baş verən yol qəzası nəticəsində xəsarət alanların sayı 21-ə çatıb.
Adalet.az APA-ya istinadən xəbər verir ki, xəsarət alanların xəstəxanalara aparılması üçün Xızı, Siyəzən və Sumqayıtdan təcili-tibbi yardım briqadalarcəlb olunub.
Məlumat verildiyi kimi,içərisində tələbələr olan "Hyundai” markalı avtobus yoldan çıxaraq dərəyə aşıb.Hadisənin başvermə səbəbi hələ ki, məlum deyil. Faktla bağlı araşdırmalar davam etdirilir.
***
20:44
Bu gün axşam saatlarında Xızı rayonu, Xələflər kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Adalet.az APA-ya istinadən xəbər verir ki, içərisində tələbələr olan "Hyundai” markalı avtobus yoldan çıxaraq dərəyə aşıb.
İlkin məlumata əsasən, qəza nəticəsində 2 nəfər ölüb, 18 nəfər xəsarət alıb.Yaralılar Xızı rayon Mərkəzi Xəstəxanasına çatdırılır.
Hadisənin başvermə səbəbi hələ ki, məlum deyil. Faktla bağlı araşdırmalar aparılır.
Digər Xəbərlər
06 May 2024 11:49
Vətən Müharibəsi Qəhrəmanının qardaşı vəfat edib
06 May 2024 11:13Qazaxla sərhəddə mina partladı - Erməni hərbçi yaralandı
06 May 2024 10:56Bakıda beşinci mərtəbədən yıxılan qadın sağ qaldı - VİDEO
06 May 2024 10:52Bu rayonlarda işıq OLMAYACAQ - XƏBƏRDARLIQ!
06 May 2024 10:48