Xırdalan yolunda tıxaclar nə vaxt aradan qaldırılacaq?!
Hər gün səhər və axşam saatlarında Xırdalan şəhəri istiqamətində bir tıxac olur ki, gəl görəsən! Bizim Xırdalanda yaşayan insanlara yazığımız gəlir. Amma bu problemi həll etməli olan qurumların o camaata yazığı gəlmir. Çünki gün ərzində iki dəfə «propka»ya düşmək və orda 1-2 saat vaxt itirmək çox çətin bir məsələdi. Adamların əsəbi pozulur. Qubaya getmək asandır, burdan-bura yollar tıxac olanda Xırdalana getmək cəhənnəmə getmək kimi bir işdir.
Ona görə də yazıq xırdalanlılar fikirləşirlər ki, görəsən, onların hər gün yaşadığı bu «propka» nə vaxt aradan qaldırılacaq? Hətta Bakıda işləyən elə adam var ki, Xırdalanda evini satıb başqa yerdən mənzil alıb. Həmin adamları qınamalı deyil. O çıxış yolunu bunda tapıb və tıxaclardan canını qurtarıb. Bəs görəsən, yazıq xırdalanlıların tıxaclardan nə vaxt canı qurtaracaq? Bax, bu sualın cavabını qoy əlaqədar qurumlar versinlər.
Emil FAİQOĞLU
Digər Xəbərlər
29 Dekabr 2025 11:33
Quş qripinə qarşı növbəti epizootoloji monitorinq olacaq
29 Dekabr 2025 10:47
Kəlbəcərdən maraqlı GÖRÜNTÜ - Ana-bala cüyürlər... - FOTO
29 Dekabr 2025 10:35
Bakıda meteor yağışı olacaq
27 Dekabr 2025 13:45
Leyla Əliyevanın təşəbbüsü ilə uşaqlar üçün Yeni il şənliyi keçirildi - FOTOLAR
26 Dekabr 2025 20:28
Prezidentin qızları və gəlini şəhid övladları ilə bayram şənliyində - FOTOLAR
26 Dekabr 2025 19:55
Leyla Əliyeva Yevlaxda uşaqlara Yeni il şənliyi təşkil etdi - FOTOLAR
26 Dekabr 2025 19:05
"Mən qocalmışam, sizin kimi deyiləm" - Prezidentin səmimi dialoqu - VİDEO
26 Dekabr 2025 17:55


Bakı -°C

