Xırdalan yolunda hərəkət məhdudlaşdırılır
Aparılan təmir işləri ilə əlaqədar olaraq Xırdalan-Binəqədi-Balaxanı avtomobil yolunun Binəqədi və Xırdalan qəsəbələri arasında yerləşən hissəsində mayın 24-ü səhər saatlarından avtonəqliyyat vasitələrinin hərəkəti qısa müddətlik məhdudlaşdırılacaq.
"Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən Adalet.az-a verilən məlumata görə, hərəkətin məhdudlaşdırlması 24 may axşam saatlarınadək qüvvədə olacaq.
Bununla əlaqədar olaraq sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun olaraq alternativ yollardan istifadə etmələri tövsiyə olunur.
Digər Xəbərlər
02 May 2024 17:40