adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
01 Aprel 2020 19:27
10214
GÜNDƏM

Xırdalan və Sumqayıtda da postlar quruldu - RƏSMİ

"Abşeron rayonunun Xırdalan şəhərində və Sumqayıtda da polis postları qurulub”.

BunuOxu.Az-a Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bildirib.

Onun sözlərinə görə, həmin ərazilərdə nəqliyyatın hərəkət intensivliyi nəzərə alınaraq, orada yoxlamalar aparılıb:

"Postlar qurulub və orada da vətəndaşlarınzərurət olmadan evdən çıxma halları aşkar olunub.

Bunların qarşısını almaq üçün müvafiq tədbirlər görülür. Polisin tələblərinə tabe olmayan, xəbərdarlıqlara məhəl qoymayan şəxslər haqqında protokollar tərtib ediləcək”.