XİN-dən yeni həmsdrlə bağlı açıqlama
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədrinin dəyişdirilməsinə münasibət bildirib.
Adalet.az xəbər verir ki, XİN-in mətbuat xidmətinin rəhbəriHikmət HacıyevReport-un sorğusuna cavab olaraq deyib ki, "Fransadan olan əvvəlki həmsədr Pyer Andriuyagələcək fəaliyyətində uğurlar arzulayırıq. Yeni həmsədrStefan Viskontivə digər həmsədrlərlə birlikdə münaqişənin tezliklə həlli istiqamətində konstruktiv əsasda əməkdaşlığa və birgə işləməyə hazırıq”.
"Amma instutusional olaraq ATƏT-in Minsk qrupunun həmsədrlərindən gözlənilən odur ki, mandatlarına uyğun olaraq, münaqişənin beynəlxalq hüququn norma və prinsipləri, BMT Təhlükəsizlik Şurasının qətnamələri və Helsinki Yekun Aktı əsasında həllini təmin etsinlər. ATƏT-in Minsk qrupunun həmsədrlərinin mandatına dair 1995-ci il ATƏT sənədinə əsasən onların mandatının əsasını da məhz bu sənədlər təşkil edir. Təəssüf ki, ötən 20 ildən çox müddət ərzində Azərbaycan əraziləri işğaldan azad edilməyib və regionda davamlı sülh və təhlükəsizlik təmin olunmayıb.
Azərbaycan Vyana və Sankt-Peterburq görüşlərinin ruhuna uyğun olaraq, münaqişənin substantiv danışıqlar yolu ilə həllinə hazırlığını dəfələrlə bəyan edib”, - deyə XİN sözçüsü bildirib.
Digər Xəbərlər
03 May 2024 20:04
Numan Kurtulmuş: Fransa Milli Assambleyasının qərarı Türkiyənin layiq olmadığı ciddi ittihamdır
03 May 2024 16:47XİN-dən Böyük Britaniya səfirinə CAVAB: Mediamız azad, demokratikdir
03 May 2024 13:36Kristina Kuin erməniləri sevir, görən Mark Libbi bizi niyə sevmir?
03 May 2024 12:20Hikmət Hacıyev: Basdırılan minalar humanitar fəaliyyətə ciddi təsir edir
03 May 2024 12:19