adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
16 Iyul 2018 14:28
17447
SİYASƏT

XİN: İran Gəncənin icra başçısına qarşı sui-qəsdi pisləyir

İran Gəncə şəhəri İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı sui-qəsdi qətiyyətlə pisləyir.

Trend-in məlumatına görə, bunu bu gün Tehranda İran XİN-in mətbuat katibi Bəhram Qasımi deyib.

XİN rəsmisi deyib: "İran dünyanın hansı nöqtəsində baş verməsindən asılı olmayaraq həmişə zor tətbiqetməni və terroru pisləyib".

B.Qasımi terror aktı nəticəsində yaralanmış Gəncə icra başçısına şəfa diləyib.