XİN fransalı nazirin Azərbaycan əleyhinə səsləndirdiyi iddiaları rədd edib
"6 may tarixində Fransanın Avropa və xarici işlər naziri Jan Noel Baronun Fransa Senatında Azərbaycan əleyhinə səsləndirdiyi iddiaları qətiyyətlə rədd edirik”.
Adalet.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə bildirib.
O qeyd edib ki, Fransa naziri tərəfindən Azərbaycanın suveren ərazisi olan Qarabağ bölgəsi ilə bağlı “Dağlıq Qarabağ” kimi ifadələrin istifadəsi qəbuledilməzdir:
“Azərbaycanın öz suveren ərazilərində beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində həyata keçirdiyi haqq-ədalət müharibəsindən sonra bölgədə davamlı sülh üçün şərait yarandığı bir dönəmdə Fransa tərəfinin Azərbaycanın öz əraziləri üzərində suverenliyini sual altına qoyan, mədəni və dini irsin qorunmasını şübhə altına alan bu kimi təhrikçi açıqlamaları qətiyyətlə pisləyirik.
Ermənistanın işğalı dövründə Azərbaycan ərazilərində yüzlərlə məscid və digər mədəni irs nümunələrinin dağıdılması faktını görməməzliyə vuran Fransa nazirinin işğal dönəmindən qalan bəzi tikililərin sökülməsi məsələsinə dair şərh verməsi, bu məsələdə Beynəlxalq Ədalət Məhkəməsində gedən prosesə yersiz istinadı ikili yanaşmanın bariz nümunəsidir”.
Ayxan Hacızadənin sözlərinə görə, Azərbaycanın suveren ərazilərində yerləşən tarixi və dini abidələrimiz milli-mədəni irsimizdir və mənşəyindən, dünyəvi və ya dini mənsubiyyətindən asılı olmayaraq qorunur:
“Fransanın YUNESKO tərəfindən Azərbaycanın Qarabağ bölgəsinə qiymətləndirmə missiyasının relllaşması məsələsinə dair çağırışları reallıqların açıq-aşkar təhrif edilməsidir. Məhz Azərbaycan dəfələrlə qiymətləndirmə missiyalarının reallaşdırılmasına çağırışlar etsə də təəssüf ki, bu məhz Ermənistan və Fransa kimi ölkələrin məlum əngəlləri nəticəsində mümkün olmayıb. YUNESKO-nun özü 2005-ci il hesabatında bu faktı təsdiqləyib.
Fransa nazirinin bu kimi açıqlamaları bölgədə dayanıqlı və həqiqi sülh quruculuğuna xidmət etmir”.
Digər Xəbərlər
16 May 2026 17:07
“İsrail Suriyada İŞİD terror təşkilatını fəallaşdırır”
16 May 2026 16:16
“Rusiya işğal ərazisini genişləndirə bilmir, itkilərinin sayı artıb”
16 May 2026 14:16
“Xalqın içində olmaq, onunla sarılmaq insanı güclü edir”
16 May 2026 13:53
"Azərbaycan Ümumdünya Şəhərsalma Forumu ilə bağlı təcrübəsini bölüşməyə hazırdır" - İlham Əliyev
16 May 2026 13:10
Prezident Anaklaudia Rossbaxı qəbul etdi - FOTOLAR
16 May 2026 11:25
“Türküstan zirvəsi ikitərəfli münasibətlərinin strateji xarakterini bir daha nümayiş etdirdi”
15 May 2026 23:54
“Onlar dünyanı xaosa sürükləməyə çalışan təbəqələrin bir tərkib hissəsidir”
15 May 2026 23:47


Bakı -°C

