adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
20 Iyun 2019 15:38
22379
SİYASƏT

XİN başçılarının Vaşinqton görüşü

Bugün Vaşinqtonda Azərbaycan Xarici işlər naziri Elmar Məmmədyarov iləErmənistanın XİN başçısı Zöhrab Mnatsakanyan arasında görüş keçiriləcək.ATƏT-in Minsk qrupu həmsədrlərininvasitəçiliyi ilə bir araya gələcəknazirlər Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsini müzakirəedəcəklər.

Sözügedəngörüşdən əvvəl isə Azərbaycan XİN rəhbəri və ABŞ dövlət katibinin köməkçisi, ocümlədən ATƏT-in Minsk qrupunun həmsədrləri arasında görüşlər keçirilib.

Vaşinqton görüşləri əhəmiyyətdaşıyırmı? Bu görüşlərdən hansı nəticə hasil olacaq?


"BMT-ninqətnamələrinə əməl olunmur”

Deputat Asim Mollazadə: "ABŞ-ındanışıqlar prosesində təşəbbüsü üzərinə götürməsi çox müsbət haldır. Bu məqam əslindədigər ölkələrin münaqişənin həllini öz monopoliyasına götürmək məsələsiniazaldıb. Bununla yanaşı, yenə də beynəlxalq ictimaiyyətdən real qiymətləndirməgözləyirik. Azərbaycanın əraziləri işğal altındadır. BMT-nin qətnamələrinə əməlolunmur. Biz gözləyirik ki, Ermənistan sülh istiqamətində ciddi addım atsın. Buolmasa, ərazilərimizdə gərginlik artacaq. Azərbaycan torpaqlarının işğalı iləbarışmayacaq. Mənə elə gəlir ki, ABŞ hakimiyyətində hazırda ermənilərlə bağlıolmayan qüvvələr təmsil olunur. Biz Amerikadan beynəlxalq hüquq normalarınaəsaslanaraq münaqişənin həlli üçün Ermənistanı sülhə məcbur etmək istiqamətindəxüsusi addımlar gözləyirik”.



"Elmar Məmmədyarovun diplomatiktəcrübəsinə söz ola bilməz”


Deputat Aqil Abbas: "Ermənitərəfi və ATƏT həmsədrləri çalışırlar ki, Azərbaycanı nəticəsiz danışıqlaraçəkərək, vaxt qazansınlar. Çünki Azərbaycanın inkişafı, hərbi cəhətdəngüclənməsi, ölkə başçısının ünvanladığı mesajlar onları qorxudur. Bu qüvvələrsadəcə düşünürlər ki, vaxtı uzadıb, vəziyyətdən necə çıxacaqlarını götür-qoyetsinlər. ATƏT 26 ildə nə edib ki, bundan sonra da neyləsin… ElmarMəmmədyarovun diplomatik təcrübəsinə söz ola bilməz. Ona görə, nazirimizəməsləhət verə bilmərəm. Sadəcə, öz fikrimi çatdırmaq istəyirəm ki, Azərbaycandüşmənin qarşısında konkret məsələ qoymalıdır. Ermənilərə çatdırmaq lazımdırki, münaqişə müzakirə olunur, torpaqlarımızdan çıxırsınız, ondan sonra oturubstol arxasında qaçqın və məcburi köçkünlərin öz yerlərinə qaytarılmasınımüzakirə edirik. Ancaq bu halda Dağlıq Qarabağın statusu haqqında düşünməkolar. Əgər tədbir adına tədbir keçiriləcəksə, sonda da şəkil çəkdirib,ayrılacaqlarsa, müzakirələrin mənası yoxdur”.



"Vaşinqton görüşü münaqişənin həlliistiqamətində yüksək gözləntilər vəd etmir”

Siyasi-şərhçi Arzu Nağıyev: "Moskva və Paris görüşlərindən sonra Vaşinqtongörüşünün baş tutacağı gözlənilən idi. ATƏT-in Minsk Qrupu bir hesabat və yabununla bağlı bəyanat verəcək bir qurum kimi öz işini yerinə yetirir.Azərbaycan və Ermənistan XİN başçılarının Vaşinqtonda baş tutacaq görüşümünaqişənin həlli istiqamətində yüksək gözləntilər vəd etmir. Ermənistan son görüşdə üzərinə götürdüyüistər humanitar, istərsə də digər öhdəlikləri yerinə yetirmədən bu görüşdənədən danışacağı məlum deyil. Ermənistan Azərbaycanın ərazi bütövlüyünü olduğukimi qəbul etmir və hər vəchlə gah formatın dəyişdirilməsi, gah separatçılaraəlavə mandatın verilməsi iddiaları ilə çıxış edir, süni gərginlik yaradır,müxtəlif siyasi oyunlar nümayiş etdirir. Bu azmış kimi, atəşkəsi demək olar ki,hər gün pozur, hər iki tərəfdən itkilər verilir. Hazırda isə 10 minlik canlıqüvvə və hərbi texnika ilə məhz işğal olunun ərazilərdə təlim keçirməsi artıqheç bir çərçivəyə sığmayan özbaşınalıqdır. Rusiya səfirinin Röbert Köçəryanlagörüşü də, Ermənistan XİN-in notası da bu seriyadandır. Yəni bir daha qeydedərdim ki, belə bir şəraitdə görüş ancaq protokol naminə ola bilər vəmünaqişənin həllində hər hansı müsbət effekt verəcəyi inandırıcı görünmür”.



"ABŞ münaqişəni həll etmək yox, Ermənistanıdaha tez ələ keçirmək barədə düşünür”

QarabağAzadlıq Təşkilatının sədri Akif Nağı: "Moskva görüşündən sonra ABŞ rəhbərliyinin növbəti görüşün Vaşinqtondaolacağı ilə bağlı dərhal anons verməsi və görüşün vaxtını belə qısa zamandamüəyyən etmələri bu məsələdə iki böyük dövlət arasında sanki yarış getdiyimənzərəsini yaradır. ABŞ və Rusiyaarasında Dağlıq Qarabağ məsələsi ilə bağlı dartışmanın bir qədər fəallaşmasıhiss olunur. Bir az 2000-2001-ci illərdəki vəziyyəti xatırladan canlanma var. Ammaburada məqsədin heç də münaqişəni nizama salmaq olduğu qənaətinə gələ bilmirik.Daha çox təşəbbüs davasına, mövqe yarışına bənzəyir. Bir müddət əvvəl ”Boltonplanı" deyilən məsələ ortaya çıxmışdı, hətta həmin plana görə məsələninAzərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin nəzərdə tutulduğu deyilirdi.ABŞ-ın, xüsusilə də prezident Donald Trampın müsəlman dünyasına qarşısərgilədiyi aqressiv münasibətin, Qüdslə bağlı mövqeyinin fonunda deyilənlərinhəqiqətə uyğunluğu inandırıcı deyil. Ermənistanın az da olsa, ABŞ-a tərəfhərəkət etməsi müşahidə olunur. Ona görə də ABŞ-ın bu təşəbbüslərinin, ocümlədən nəzərdə tutulan görüşün Ermənistanı qərbyönümlü siyasətəhəvəsləndirmək məqsədi güddüyü şübhə doğurmamalıdır. ABŞ münaqişəni həll etməkyox, Ermənistanı daha tez ələ keçirmək barədə düşünür. Addımları da bu məqsədəxidmət edir. Bu yaxınlarda Ermənistan Təhlükəsizlik Şurası katibinin Vaşinqtonasəfəri də təsadüfi deyildi. Görünür, bəzi məsələlərə dair ilkin razılaşmalarartıq var. Belə bir prosesin getdiyi vaxtda Vaşinqtonun Dağlıq Qarabağməsələsində Ermənistanın geri çəkilməsi üçün təzyiq göstərəcəyi inandırıcıdeyil. Hətta hesab edirəm ki, bu görüşdə ermənilərə sərf edən təkliflərin irəlisürüləcəyi mümkündür. Odur ki, Elmar Məmmədyarovla Zöhrab MnatsakanyanınVaşinqton görüşündən də müsbət irəliləyiş gözləməyə dəyməz".