adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
22 Iyun 2019 10:10
30639
SİYASƏT

XİN başçılarının görüşü: Təzə bir şey yoxdur

Azərbaycan və Ermənistan Xariciişlər nazirlərinin ATƏT-in Minsk qrupununhəmsədrləri - İqor Popov (Rusiya), Endryu Şofer (ABŞ) və Stefan Viskonti(Fransa), eləcə də ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi AnjeyKaspşikinin iştirakıyla keçirdikləri görüş başa çatıb. Görüş haqqında həmsədrlərinyaydığı bəyanatdan məlum olur ki, onlarElmar Məmmədyarov və Zöhrab Mnatsakanyanla əvvəlcə ayrılıqda, sonrasabirlikdə görüşüb, daha sonrasa ABŞ Dövlət katibinin Avropa və Avrasiyaməsələləri üzrə köməkçisi səlahiyyətlərini icra edən Filipp Rikeriyə DağlıqQarabağ münaqişəsinin nizamlanmasıyla bağlı danışıqların statusu və bölgədəkihazırki durum barədə məlumat veriblər.

Bəyanatdadaha sonra deyilir ki, "müzakirələr zamanı tərəflər bölgədə baş verən sonhadisələr və nizamlanma prosesinin əsas məsələləri barədə fikir mübadiləsiaparıblar. XİN rəhbərləri vasitəçilərin regiona son səfərləri zamanı təklifetdikləri humanitar və təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi ilə bağlıgözlənti və mövqelərini ifadə ediblər"

Cəbhə bölgəsindəki insan itkilərindəntəəssüfləndiklərini bildirən bəyanat müəlliflərimünaqişə subyektlərini sülhəuyğun əlverişli mühitin bərpası üçün təcili tədbirlər görməyə çağırıblar. Onlartərəfləri substantiv danışıqlara yardım edən sülhmühitinin bərpası üçün təxirəsalınmaz tədbirlər görməyə və atəşkəs rejiminəciddi şəkildə riayət etməyəçağırıb, eləcə də təmas xətti və beynəlxalqsərhədlər boyunca snayperlərdən istifadə və mühəndis qurğularınınquraşdırılması kimi əməllərdən çəkinməyin vacibliyini vurğulayıblar.

Görüşbarədə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Mətbuat xidmətininyaydığı bəyanatda isə deyilir: "Azərbaycan tərəfi, bundan öncə Paris və Moskvada eyni formatdakeçirilmiş görüşlərin davamı olaraq, bu ilin 20 iyun tarixində VaşinqtondaAzərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü təşkil etdiyi üçünATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi qismində ABŞ-a minnətdarlığını ifadəedir.

Hesab edirik ki,bu kimi görüşlər müsbət xarakter daşıyır və danışıqlar prosesinin irəliaparılmasına xidmət edir.

3 saatdan çoxdavam edən görüşdə əsas müzakirə mövzusunu nazirlərin bundan öncəki Paris vəMoskva görüşləri nəticəsində əldə olunmuş razılaşmaların həyata keçirilməsiməsələsi təşkil edib.

Vaşinqtongörüşündə həmsədrlər hər iki tərəfin diqqətinə münaqişənin sülh yolu ilə həlliprosesində irəliləyişə nail olmaq üçün konkret nəticələrə yönəlik təkliflərtəqdim ediblər.

Yaxın aylardaeyni formatda növbəti görüşün keçirilməsinə dair ümumi razılıq əldə olunub”.

Görüşünyekunları barədə jurnalistləri məlumatlandıran Azərbaycan xarici işlər naziriElmar Məmmədyarov isə danışıqların "intensiv və dərin” keşdiyini qeydedərək həmsədrlərin daha məzmunlu danışıqlar üçün əlavə sənədlər təqdimetdiyini bildirib. O, son vaxtlarda təmas xəttində hərbi durumungərginləşməsinin xoşagəlməz hal olduğunu bildirərək eyni zamanda danışıqlarındavam edəcəyinə əminliyini də ifadə edib. Nazir deyib: "Aramızda hələ dəciddi fərqlər qalır. Ümumiyyətlə, biz təqdim olunan təklifləri anlayırıq.Bunlar eyni təkliflərdir. Biz 15 ildir ki, müzakirə olunan ideyaları, eyni sülhplanını izləyirik. Detallarda bəzi fikir ayrılıqları var idi, ancaqmüzakirələrin əsas məğzi də məhz detallardır. Biz dərk edirik ki, daha çoxsiyasi iradə nümayiş etdirməliyik. Hətta təmas xəttindəki situasiya yekundabəyannamə yaxud sülh müqaviləsinə doğru irəliləyişə mane olmamaldır.”

Nazirindiyədək tərəflər arasında etimadı gücləndirməyə yönəlik bir sıramübadilələrin həyata keçirildiyinə də diqqət çəkib. O, habelə problemin həlliistiqamətində bəzi ilkin addımların atılmasının əhəmiyyəti haqda danışıb.

"Ən vacibelementlərdən biri hərbçilərin kazarmalara qayıtmasıdır. Hərbçilərinkazarmalara qayıtması sülh üçün daha yaxşı zəmin yaradacaq. Vəziyyətinnormalaşdırılmasından danışarkən digər vacib məsələni, Paris və Moskva görüşlərimizdədanışdığımız kimi əhalini sülhə hazırlamağı unutmamalıyıq,” – deyə o bildirib.

"Müharibə hələbitməyib” – deyə Ermənistanın xarici işlər nazirini sülh danışıqlarına müharibə ritorikası ilə yola salan baş nazir N.Paşinyan onu elə həmin ritorikayla daqarşıladı. Daxili qoşunların 27-ci ildönümüylə əlaqədar etdiyi çıxışında o yenədə öz ampluasına sadiq qalaraq "asıb-kəsmək”lə məşğul olub.Görünür, "Ermənistanınhəm daxili, həm də xarici düşmənlərini yalnız məğlubiyyət gözləyir”- deyəbağıran baş nazirlə artıq onun öz dilində danışmaq vaxtı çoxdan çatıb.

Adalet.az