XİN: Azərbaycan bütün saxlanılanları Ermənistana qaytarıb
Azərbaycan bütün saxlanılanları Ermənistana geri qaytarıb, yerdə qalanlar ağır cinayətlərdə ittiham olunanlardır.
Adalet.az xəbər verir ki, bunu xarici işlər nazirinin müavini Elnur Məmmədov Beynəlxalq Ədalət Məhkəməsində (BƏM) Azərbaycanın qaldırdığı ilkin etirazlar əsasında keçirilən dinləmədə çıxışı zamanı deyib.
O, Ermənistanın Azərbaycana qarşı qaldırdığı irqi ayrı-seçkilik iddialarının əsassız olduğunu vurğulayıb. “Bütün hərbi əsirlər, eləcə də saxlanılanların əksəriyyəti Ermənistana repatriasiya edilib. Qalanları ya işgəncə vermək, qətl törətmək də daxil olmaqla ağır cinayətlər törətdiyinə görə, ya da hazırda müharibə cinayətlərinə, terrorçuluq və separatçılığa görə ittiham edildiyinə görə hələ də həbsdədir. Digər sözlə, onların həbsinin davam etməsinin irqi ayrı-seçkiliklə heç bir əlaqəsi yoxdur. Eynilə, Ermənistanın ermənilərin məcburi çıxarılması ilə bağlı ittihamlarının da irqi ayrı-seçkiliklə heç bir əlaqəsi yoxdur. Lakin Azərbaycan bu iddiaları ciddi qəbul edir və şəffaflığı, təmizliyi, qarşılıqlı etimadı təmin etmək məqsədilə Ermənistanla əməkdaşlıq edir”, - Elnur Məmmmədov deyib.
Digər Xəbərlər
27 Mart 2026 22:52
ETİHİ-nin “Novruz 2026” düşərgəsinin ikinci mərhələsinə start verilib
27 Mart 2026 18:10
Hərbçilərə maaşdan əlavə hansı ödənişlər verilir? – SİYAHI
27 Mart 2026 15:32
"Azərbaycan və Türkiyəyə atılan raketlərlə bağlı göstəriş verənlərin kimliyi araşdırılır"
27 Mart 2026 10:58


Bakı -°C

