adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
04 Dekabr 2017 14:53
10445
GÜNDƏM

XIII ƏSRDƏ ERMƏNİSTAN VARDI?!

Televiziyakanallarının birində tarixlə bağlı maraqlı verilişlər olur. Mən də həmişə maraqlaizləyirəm. Verilişin aparıcısı da tələbəyoldaşımdı, savadlı da tarixçi bir professordu. İki-üç gün öncə yenə həmin veriliş efirdəydi, mən də həvəslə izləyirdim. Çingiz xanınbu əraziləri işğalından söhbət gedirdi.Arada bir süjet verdilər, yüz faiz Sovet hökumətindənqalma bir süjet idi. Həm güldüm, həm də dilxor oldum. Dostumun bu süjetidiqqətdən qaçırmasına dilxor oldum.Süjetdə deyilir ki, Çingiz xan gəldi Azərbaycanı, Ermənistanı və Gürcüstanı işğalelədi.

Azərbaycanı qoydum birkənara, XIII əsrdə Ermənistan və ya Gürcüstan adında bir dövlət vardı ki, Çingiz xan da işğal eləyə?

Biraz diqqətli olun da.

Çoxvacib olsa soruşun, həmin kanalın da, tarixçidostumun da adını çəkim. Sadəcə olaraq, ümumibəla olduğuna görə ünvan göstərmədim.