adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
17 Iyul 2018 12:50
5864
GÜNDƏM

Xəzəryanı ölkələrin sammitinin vaxtı və yeri açıqlandı

Xəzəryanı ölkələrin dövlət başçılarının sammiti avqustun 12-də Aktauda keçiriləcək.

Trend-in məlumatına görə, bu barədə Qazaxıstanın xarici işlər naziri Kayrat Abdrahmanov deyib.

O bildirib ki, hazırda 5 Xəzəryanı ölkə - Qazaxıstan, Azərbaycan, İran, Rusiya və Türkmənistanın xarici siyasət idarələri qarşıdakı sammitə hazırlıq üzrə fəal iş aparırlar.

Nazir qeyd edib ki, bütün dövlətlər tədbirdə iştirak edəcəklərini təsdiqləyiblər.