Xəzəryanı dövlətlər yenə toplanır - SƏBƏB
Xəzər dənizinin hüquqi statusu barədə Konvensiyanın hazırlanması üzrə xüsusi işçi qrupun növbəti iclasının yanvarın üçüncü ongünlüyündə keçirilməsi planlaşdırılır. Trend bu barədə diplomatik mənbəyə istinadən məlumat verir.
İclasın gündəliyində Konvensiya layihəsinin hazırlanması ilə bağlı bu günədək razılaşdırılmamış sualların müzakirəsi yer alıb.
İlkin məlumata görə, iclas Aşqabadda keçirilə bilər. İclas çərçivəsində həmçinin, Xəzəryanı dövlətlərini XİN rəhbərlərinin növbəti iclasına hazırlıq məsələləri müzakirə olunacaq.
Qeyd edək ki, daha əvvəl Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov Xəzərin statusu barədə Konvensiya ilə bağlı məsələlərin böyük əksəriyyətinin razılaşdırıldığını bildirmişdi.
Digər Xəbərlər
03 May 2024 20:04
Numan Kurtulmuş: Fransa Milli Assambleyasının qərarı Türkiyənin layiq olmadığı ciddi ittihamdır
03 May 2024 16:47XİN-dən Böyük Britaniya səfirinə CAVAB: Mediamız azad, demokratikdir
03 May 2024 13:36Kristina Kuin erməniləri sevir, görən Mark Libbi bizi niyə sevmir?
03 May 2024 12:20Hikmət Hacıyev: Basdırılan minalar humanitar fəaliyyətə ciddi təsir edir
03 May 2024 12:19