adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
11 Mart 2020 10:32
112922
MÜSAHİBƏ

Xəyalə Sevil: "Sevqi - etdiyin günaha dəyməlidir" - MÜSAHİBƏ

"Xanım sözü”rubrikasının növbəti qonağı şairə Xəyalə Sevildir.

-Çox sakitsiniz...

-Sakitəm deməzdim, sadəcə səssizəm. Mən əslindəyaxşı müşahidəçiyəm. Müşahidə etmək üçün isə danışmaq yox, baxmaq və dinləməklazımdır. Danışıb hamı kimi olmağı sevmirəm. Səs-küylü dostluqlar, təkrarlananmünasibətlər mənə görə deyil.Həm də hər şey uzaqdan daha gözəl görünür.

-Sevgi şeirləriniz üstünlük təşkil edir. Bu şeirlərinizinçoxunda həsrət, ayrılıq var.

-Sevgi şeirlərimin üstünlük təşkil etməyi mənə eləgəlir ki, dövrlə bağlıdır. Məsələn, indi sevgi şeiri yaza bilmirəm və ya heçyazmaq da istəmirəm. Daha real düşünmək istəyirəm. O ki, qaldı həsrətə,ayrılığa, hardasa yaşanmışlıq da var, yaşanmamışlıq da.

-Dövrlə dedikdə, indi qocalmısınız?

-Xeyr, mən ruhu nəzərdə tuturam. Daha doğrusu ruhhalımı. Ruh halım sevgiyə köklənibsə sevgidən yazıram. Sosial bir problemə yönəlibsəondan. Ruhu çərçivəyə salmaq olmur. Həyatım ikinci plana düşüb.

- "Qəbrimi anamın əlində qazın” deyərək anasevgisini qabardan şairə özü yaxşı ana ola bildimi?

- Mən düşünürəm ki, lap pis övlad, pis bacı, lappis vətəndaş da ola bilərəm, amma pis ana ola bilmərəm. Olmamalıyam və ya bunahaqqım yoxdu. Əgər dünyaya öz xoşumla övlad gətirmişəmsə, demək mənim həyatımikinci plana düşüb. Birinci onlardı. Mən heç sevmirəm müti, hər şeyə razılaşananaları. Ana olmaq bir az da mübarizlik istəyir. Övladlarının xətrinə, xeyrinəbir az baş qaldırmaq, tabe olmamaq istəyir. Necə ana olduğumu isə illər sonrabiləcəm. Bir qızım, bir oğlum var. Əgər onları xəyalımdakı kimi böyütsəm, deməkmən yaxşı ana olmuşam. Yox, əgər istədiyim kimi olmasa, demək mən məğlubam. Anakimi məğlub olmaq isə bütün məğlubiyyətlərin əvvəlində gəlir.

-Şeirlərinizdə ürəyinizi cəzalandırırsınız. Nəgünah iş görüb ürəyiniz?

-Cəzalıdı ürəyim. Bədənimdə küncə qoydum... Bütünürəklər cəzalıdılar. Yəqin elə ona görə Tanrı ürəyi bədənin küncündə yaradıb.

-Bu cəza bitmədi? Bəlkə ürəyinizə tam azadlıq verəsiniz?Qoy, bildiyi kimi etsin.

-"Hisslərinə azadlıq ver, ürək çərçivə deyil”yazmışdım şeirlərimin birində. Ürəyim həmişə azaddı. Sevgisində də, nifrətindədə. Amma nifrət məndən uzaq duyğudu. Bir filmdə eşitmişdim: " Kimi sevəcəyim məniməlimdə deyil, amma bu sevgiylə necə davranacağım mənim əlimdədir.”

Mən də tambu fikirdəyəm. Qadın sevgisi məncə daha qürurlu olmalıdır. Ürəyimdə sevgidənölsəm də, güvən yoxdusa, dilimə gətirmərəm. Sevgi bir günahdısa, etdiyin günahadəyməlidir.

Bütünuğursuzluqların günahkarı kimi Allahı suçlayardım

-İntihar edib günahı Allahın boynuna atmaq istəyirsiniz.Daha nələri Allahın boynuna yükləmək fikriniz var?

-Mən deistəm. Əgər Allaha dini mövqedən yanaşmışolsaydım, yaşanmış bütün uğursuzluqların günahkarı kimi onu suçlayardım. Amma mənTanrını dost kimi sevirəm.

-Küskünsünüz sanki. Tək həyata yox, ədəbi mühitə də.

-Mən balıq bürcündənəm. Dəyişkənlik ruh halımdavar. Hərdən düşünürəm ki, mən səhvən bu dünyaya gəlmişəm. Tanrı səhv edib. Hərdəndə mübarizə aparmaq istəyirəm. Amma çox vaxtoturub kəşf edilməyi gözləyirəm. Məncə küskün deyiləm, reaksiyasızam. Nəsəməni həyəcanlandırmır, sevindirmir. Çox qəribədir ki, kənardan həqiqətən eləgörünürəm. Küskün, qaradinməz, soyuq, az danışan. Amma yaxın dostlarımla,sözümün tutduğu adamlarla danışmaqdan çənəm ağrıdığı vaxtlar olur. Həmçinin dəgülmə krizinə girdiyim vaxtlar. Demək problem məndə deyil. Mən ya ehtiyatdan məsafəlidavranıram, ya da elə ehtiyatdan. Hər zaman məsafəli davranmaqda fayda var.

Kişilərin 90%-i qadınları anlamır

-Hərdən düşünürəm ki, poeziya qadın ruhudur. Ammaqadın ruhunu ən yaxşı kişi duya bilər.

-Zəmanəmizdə 90 faiz kişilər qadınları anlamır. Anlayanlar da deyəsən səhvanlayırlar. O baxımdan qadın ruhunu elə qadınlar daha gözəl duya bilər. Bu, bəlkədə şərq düşüncəsi ilə bağlıdır. Həmişə kişi yazarların öndə olması, çox zamantarixi baxımdan onların tədris olunub keçirildiyinə görə belə düşüncə var. Həmçinin, qadın azadlığı kişilərqədər deyil. Belə olduqda qadınların istedadı bir növ içində boğulur.

-Kişilər şair olan kimi deyirlər: "Hansısa qadınayrılığı bunu şair etdi.” Biz də şairə haqqında bu cür düşünə bilərikmi? Sizi hansıkişi şair etdi?

-İlk şeirlərimi 2-ci sinifdə oxuyanda yazmışam. Atama.Əgər mütləq bir kişi olmalıdırsa, o, atamdır. Amma təbii, konktet sevgiyə,sevgiliyə ünvanlanmış şeirlərim də olub.

-Sevgiliyə ünvanladığınız şeirlər ünvanına çatabilibmi?

Etiraf məktubuyazıb tulladım,

Bu gün bədəniminsol tərəfinə.

Əslində bütün şeirlərim özümün özümə etirafıdır. Yəni,konkret ünvan yoxdu. Mən sevgiyə şeirlərimdəki kimi qəmgin tərəfdən yanaşmıram.Şeirlərimdə tez-tez göz yaşından danışıram. Mən demək olar ki, ağlaya bilmirəm.Duyğularımı ürəyimdə bərkidirəm. Maye halına gətirmirəm.

- Qaynanalara münasibət fərqlidir. Amma siz qaynananızın adını təxəllüskimi götürmüsünüz.

-Biz ailə quranda qaynanam dünyasını dəyişmişdi. Yəni, mən onu heçgörməmişəm.Amma deyilənə görə, bənzərliyimiz var. Yoldaşıma olan hörmətimdənonun adını təxəllüs götürdüm. Övladımız gec olmasına baxmayaraq inanırdım ki,qızım olacaq, adını Sevil qoyacam. Həm də bu təxəllüsü isim kimi yox, feil kimidüşünürdüm. Xəyalə, Sevil kimi. Nə dərəcədə sevilmişəm onu da bilmirəm.

-Bəlkə şairliyinizə mane olmasın deyə həyat yoldaşınıza jest kimi etmisiniz?Birnöv onu tərksilah etmək üçün.

-Mən heç qadağaları sevmirəm. Çərçivədə yaşamaq mənə görə ölümə bərabərdi.Əxlaq qadağası xaric. Onu insanın öz xarakteri qoymalıdı. Yəni, rahatam, kiməsəicazə vermərəm ki, mənə o boyda qadağa qoysun. Heç o qədər planlı biri də deyiləm.Elə olsaydım, ən azından daha çox tanınar və daha yaxşı yerdə işləyərdim.

-Xəyalə Sevil olmasa Azərbaycan ədəbiyyatı nə itirəcəkdi?

- Xəyalə Sevil şeir olaraq var. Bunu istedadlı və istedada dəyər verəninsanlar təsdiqləyər. Yetərincə tanınmış imza olaraq yoxdu.Təbii, bunun da səbəblərivar. İndiki zamanda məşhur olmağın çox asan yolları var. Amma həmin yollar mənimüçün çətindi.Təəssüf ki, indi nə qədər istedadlı olursan ol, müəyyən qədər fərasətinyoxdursa, həmin istedadı üzə çıxara bilməyəcəksən. Yəni, məşhur olmasan,istedadın təsdiqlənməyəcək. Amma məşhur olsan, ortabab mətnin belə bəh-bəhləqarşılanacaq. Bu baxımdan mən olmasam Azərbaycan ədəbiyyatı indiki zamanda heçnə itirməz. Amma nə vaxtsa... Altıncı hissim mənə gözəl şeylər deyir.

- Başqa vaxt şikayətlənirsiniz ki, ədəbi mühit "kruq”laşıb. Hamı özdostlarından müsahibə alır, tərifləyir və.s. Halbuki sizdən müsahibə alandacanım çıxdı.

-Ədəbi mühit həqiqətən "kruq”laşıb. Pis tərəfi də odur ki, bəzi tənqidçilərvə ya hansısa söz adamları kənardan necə aydın, şəffaf göründüklərini bilə-biləpafoslu çıxışlar edirlər.

-Kimlərlə şeir mübadiləsi edir, fikirlərini bölüşürsünüz? Dostunuzazdı ədəbi mühitdə.

-Son zamanlar bir neçə dəfə yeni şeirlərimi Qulu Ağsəsə göndəribfikrini soruşmuşam. Qulu müəllim böyük şairdi. Ədəbi mühitdə dostum azdır, bəli.Çoxu salam-sağol tanışlarıdır. Amma deyim ki, heç yeni dostluqlar qurmağa daçalışmıram. Mənim yaxşı rəfiqələrim var. Yəni, o ehtiyacım ödənir deyə yenimünasibətlərə məsafəliyəm.

-Klassik variantdan, ayrılıq qəm-kədərindən çıxmaq olmaz?

-Məncə ayrılıq, qəm-kədər klassik variant deyil. Günü-gündən təzələnir vəçoxalır. Yəni, zəmanəmizdə daha çoxdu. Həyatımda iki dəfə olduqca məhsuldardövrüm olub. 2-3 ayın içində bəlkə 40-50 şeir yazmışam. Onlar da sevgidən. Yəqinhəmin şeirlər sizdə qəm-kədərdən çox yazmağımın təəssüratını yaradıb. Dediyimkimi, indi sevgi şeiri yaza bilmirəm. Məsələn, mən bəzən ayrılıqdan həzzalırmış kimi davranıram. Ayrılığa ironiya edirəm.

-Yaradıcı qadınlarçün anlaşılmaq, evli olmaq çətindir. Xüsusən, şərqaləmində.

-Nəinki qadınlarla, həttayaradıcı kişilərə də ailəli olmaq çətindir. Ancaq mən deyəsən ortaq yoltapmışam. Yaradıcı tərəfimi sırf özümə saxlamışam. Xəyallarıma. Bölüşmürəm. Ailədəisə daha realam. Yoldaşımın məndən narazı olduğu tək şey dindar olmamağımdı.

Söhbətləşdi: Emin Piri